Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

270 syf.
·
Puan vermedi
Spoiler
Arxalı köpək qurd basar" deyirlər.Bəs Arxalı canavar neyniyər heç düşünmüsüz?)Bizim yazıçımız düşünüb. Kitabın mövzusu:Polkovnik Baratovun nəvəsi Selcan əmisigilə gedəcəyini deyərək evdən çıxır.Daha sonra məlum olur ki,qız heç əmisigilə getməyib.Onun oğurlandığını düşünən Baratov öz məxfi agenti Məlikovdan və Qara xəfiyyə Qanbay Qasımlıdan kömək istəyir.Leopard və Qasımlı birlikdə Selcanın axtarışı ilə məşğul olurlar... İlk öncə əvvəlki kitab təhlilimdə Baratova qarşı bir az haqsızlıq etdiyimi deməliyəm)Deyəsən mühakimə etmək üçün tələsmişəm."Cəhənnəmdən gələn səs" kitabında dövlətini yoxsa özünü düşündüyünü anlamamışdım."Arxalı canavar" kitabında isə anladım.Baratov özü qədər dövlətini də düşünür.Haqq yemədiyini,haram pul qazanmadığını bu kitabda təsdiqlədim.Sadəcə etdiyi işlərlə,Heydər Əliyevlə görüşməsiylə fəxr edir o qədər.Ancaq bu yenədə Baratovun xarakterində xoşuma gəlməyən cəhətlər olduğu həqiqətini dəyişmir :) Kitab hekayə baxımındam həqiqətən çox maraqlı idi.Leopardı yenidən görməyimə çox sevindim.Özəlliklə də Ayçöhrəylə evlənməsinəHələ üstəlik ata olubmuş.Türkər adlı oğlu olub.Sanki öz doğma tanışımın xoşbəxt ailə həyatı varmış kimi sevindim)) Cavid və Selcanın başına gələnlər qandondurucudur.Kaşki Bədrəddin kimiləri sadəcə kitab obrazı olaraq qalsaydı.Ancaq bilirəm ki,Elatlının yaratdığı bütün obrazların xarakterik xüsusiyyətlərindən ən azından 1/100 real insanlarda var.Ona görə kədərlənməmək mümkün deyil... Polis şöbəsindəki çatışmazlıqlar,məmurlar arasındakı rüşvət,əziyyət çəkən xalq və gününü gün edən varlı təbəqə...Onlar arasındakı sistemin işləmə tərzi mükəmməl şəkildə vurğulanmışdı)
Arxalı Canavar
Arxalı CanavarElxan Elatlı · Elgün Yayınları · 2011643 okunma
·
125 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.