Gönderi

256 syf.
10/10 puan verdi
·
Read in 3 hours
Qarabağ Azərbaycandır!
Romanda Azərbaycanın üç dövrünü - XVIII əsr, XX əsrin 90- ci illəri və XXI əsri əhatə edir . Əsəri oxuduqca baş verən hadisələr gözümün qabağından keçdi. Aprel döyüşləri, Tovuz döyüşləri və Vətən müharibəsi bütün gerçəkliyi ilə qələmə alınıb Əsərdə Azərbaycanın Milli Qəhramanı, General - mayor Həşimov Polad yad edilir və onun vətənpərvərliyi ,ailə canlılığı əsasda bir hərbçi kimi göstərdiyi şücaəti, əsgərləri ilə mehriban rəftarı təsvir edilib . Generalın və 11 hərbçinin şəhid olması müharibə qığılcımlarıni daha da artırdı. Çünki xalq artıq qisas istəyirdi, erməni millətindən 30 illik həsrəti, acını, vəhşiliyin əvəzini çıxmağın vaxtını yetişdiyini bilirdilər. Ali Baş komandanın bir əmri xalqı həmrəy etdi hər kəs öz fərdi qayğılarını unutdu, əlindən nə gəlirdisə orduya yardım etdi . Kimisi pensiyasını, kimisi corab toxuyub, kimisi də könüllü olaraq döyüşlərə yollanmaqla bu öhdəliyini yerinə yetirdi . Müharibə bizim içimizdəki əsrlərlə yatan Xətayinin gücünü ,Rəsulzadənin ruhunu və milli birliyimizi ortaya çıxardı . Bizi 44 günün hər günü zəfərə addım-addım yaxınlaşdıran ruhları artiq rahat və şad olan şəhidlərimiz, caninin yarısını vətənə feda verən qazilərimiz,igid,ər əsgərlərimiz oldu . Şuşa " CIĞIRI " Zəfər yoluna çevrildi
Cığır
CığırYunus Oğuz · Korkut Yayınları · 20221 okunma
·
1 plus 1
·
59 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.