Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

376 syf.
·
Puan vermedi
·
6 günde okudu
Oxuduğum ilk Dostoyevski kitabı idi. Əsər gənc yazıçı Vanyanın dilindən nəql olunur. Sevdiyi qız-Nataşa uşaq xarakterli, iradəsiz Alyoşa üçün onu və valideynlərini atıb getmiş, lakin Alyoşa ilə oldugu müddətdə ancaq iztirab çəkməyə məhkum olmuşdur. Alyoşanın atası, Knyaz Nataşa sadə ailənin qızı oldugu üçün onların izdivacına razılıq vermir, oğlunun sərvət əldə etmək üçün, kübar təbəqədən olan Katya ilə evlənməsini istəyirdi. Zəif iradəli Alyoşa nə qədər Nataşanı sevdiyini iddia etsə də Katyaya günü gündən daha çox bağlanırdı. Nataşa obrazı əsəblərimi korladı tamamilə. Ana atasını, onu sevən ağıllı, gənc yazıcı Vanyanı atıb axmaq Alyoşa üçün hamısını dərdə salması çox ağılsız hərəkət idi. Alyoşanın onu dəfələrlə aldatmasına rəgmən bağışlaması, ondan əl çəkə bilməməsi məncə sevgi yox xəstəlik idi. Nelli ilə olan səhnələri oxumaq daha maraqlı, eyni zamanda kədərli idi. Çəkdiyi əziyyətlərdən sonra nəhayət yuvaya sahib olmasına baxmayaraq sonda ölməsi həyatın nə qədər ədalətsiz olmağını göstərir. Əsərin çatdırmaq istədiyi əsas məsələ təbəqələr arasındakı çatşmalar və sevginin insanın gözünü nə qədər kor edib, zərər verə biləcəyidir. Və belə nəticəyə gəlmək olar ki nə olursa olsun bağışlamağı öyrənməliyik çünki həyat kin tutmaq üçün çox qısadır. Və bizi sevənlərin dəyərini anlamalıyıq.
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar
Alçaldılmış və Təhqir Edilmiş İnsanlarFyodor Dostoyevski · Şərq-Qərb Nəşriyyatı · 200718,5bin okunma
·
133 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.