Gönderi

160 syf.
7/10 puan verdi
Yaxşı və pis nədir? Ümumiyyətlə bu iki anlayış mövcuddurmu? Bunu kim ortaya atıb? Hər kəsin yaxşı və pis anlayışı özünəməxsusdur. Qəlibləşmiş qaydalar, “yaxşılar” və “pislər” var. Ama bunlar əsla dəyişməz deyil. Hər kəs öz baxış bucağından baxır. Kiminin yaxşısı digərinin pisidir və ya əksinə. Lakin bu o demək deyil ki sən içində kin və nifrət hissi bəsləməlisən, intiqamı özünə məqsəd seçməlisən. Habil və Qabil hekayəsindən ilhamlanan yazarımız nifrətin, paxıllığın portretini məharətlə çəkib. Düşünürəm ki insan gərək sevginin də nifrətin də çox ağını çıxarmasın. Atalar yaxşı deyib “meymun baxar güzgüyə, adını qoyar özgəyə” Bu vəsilə ilə kitabımızın qəhrəmanı Xuakin dayıya salam göndərirəm.
Abel Sançes
Abel SançesMiguel de Unamuno · Parlaq İmzalar · 198986 okunma
·
24 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.