Gönderi

Dostum
Qarşımda sənmisən, xəyalınmıdır? Sevdalı könlümün soltanı dostum! Gördüyüm röyamı, vüsalınmıdır? Nigaran qəlbimin cananı dostum! Sənmisən başımı oxşayan öylə? Saçımda dolaşan əllərinmidir? Xoş bir nəfəs kimi üzümdə, söylə Dolaşan dağınıq tellərinmidir? Söylə, bu gördüyüm həzin qaranlıq Axşamdır, zil qara gözlərinmidir? Xəyaldır oxşayan məni bir anlıq, Sənin ümid dolu sözlərinmidir? Kim duyardı sakit gözəlliyini Dənizin fırtına, tufan olmasa? Vüsalın ləzzəti duyulardımı, Ayrılıq olmasa, hicran olmasa?!
Rəsul Rza
Rəsul Rza
·
708 views
Nahid okurunun profil resmi
Bu link deyil, bu qəlbə ritimdi, əqlə fikirdi, ruha bir nurdu 🌿 Təşəkkürlər 😊
1 next answer
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.