Gönderi

–Ata, məgər bütün qulları azadlığa buraxmaq olmaz? –Çətin sual verirsən. Mən də istəyirəm ki, bir nəfər qul qalmasın. Amma bunu necə eləyim, bilmirəm. –Sən başqalarını da inandıra bilərsən, ata. Yaxşı danışmağı bacarırsan. Mən öləndən sonra bunu elə! –Ölmək nədir, Yeva? Bu dünyada mənim gözümün ağı da, qarası da bircə sənsən, – Oqüstenin ürəyi sızıldadı. –Zavallı Pryunun da bircə balası vardı. Onun ağlar səsini eşidirdi, amma əlindən heç nə gəlmirdi. Tom öz doğmaları üçün darıxır. Dayə də balalarından ötrü ağlayır. Kömək elə onlara! –Di yaxşı, əzizim. Mən sənin istəklərinə əməl eləyərəm. –Bir də söz ver ki, Tomu azadlığa buraxacaqsan. –Yaxşı, qızım, söz verirəm.
·
41 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.