Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

96 syf.
8/10 puan verdi
·
Beğendi
Əsər Oqtay adlı bir gəncin Azərbaycana teatrı gətirməyə çalışması və üzləşdiyi çətinliklərlə bağlıdır. Aktyorlar məsxərə ilə qarşılanır, biletlər əsərin dili ilə "yalvara-yalvara" satılır, qadın rollarını kişilər və ya rus qadınlar oynayır. Bunun müşayiətində Oqtaya Firəngiz adlı bir qiz aşiqdir, lakin Oqtayın və teatrın ciddiyə alınmadığı bir cəmiyyətdə onların sevgisi qəbul olunmur, ailesi Firəngizi hisslərini danmağa məcbur edir. Qısa da olsa çox gözəl əsərdi, keçmişimizi və incəsənətimizin keçdiyi çətin yolları görmək insana bugünü də sorğuladır. Bugün də televiziyamızda bir Azərbaycan filmi, serialı görəndə əksəriyyət refleks olaraq bəyənmir və məsxərəyə qoyur. Keçmişdə teatrımızın üzləşdiyi pis münasibətlə bugün kinomuz üzləşir.
Oqtay Eloğlu
Oqtay EloğluCafer Cabbarlı · Qanun Nəşriyyatı · 2021312 okunma
·
114 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.