Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

80 syf.
8/10 puan verdi
Lev Tolstoy "Şeytan" Əsərin baş qəhrəmanı Yevgeni hüquq təhsili almış, parlaq gələcəyi olacaq bir gəncdir. Ailəsi onu yetərincə tərbiyəli böyütmüş, hər cür imkanı yaratmışdır. Lakin atasının ölümü ilə həyatları dəyişir. Onların "miras" düşündükləri borclar içində boğulan mülklər olur, qardaşlardan hansısa hökmən öz həyatını kənddə yenidən qurmağa vadar olur. Və bunu təbii ki Yevgeni öz boynuna götürür. Və onun kənddə "dirçəlmə səyləri" nəticəsində əsərin ən zirvə nöqtəsi başlayır: atasının yox, babasının addımları ilə davam etməyi, katolik kilsə tərəfindən müəyyən olunmuş 3. günaha meyli, həyatı və b. •"Şeytan" və ya mənə daha uyğun gələn tərcümə kimi "İblis" Hüseyn Cavidin əsərindən çıxan məna kimi insanın daxili, özü, quruluşunun bir parçası olan şeytanlar, iblislər insanı fəlakətə sürükləyir. (Lev Tolstoy'un yaradıcılığında da bu məna ilə səsləşən çox şeyə rast gəlirəm) Bunu biz Yevgeninin timsalında görürük, lakin onun fərqi o idi ki, o qəbul etdiyi doğrular ilə hisslərini eyniləşdirə bilmədi. Başqa yolu seçdi. Bəlkə də bununla qurtuldu, saf insanların içində "günah işləmiş" insan olmaqdan qurtuldu. Lev Tolstoy bizə sonluq olaraq 2 versiya təqdim etmişdir, hansı təsirli olsa, onu sevin deyə. Əsəri oxuyanda isə artıq mən bəzi sonluqları gözləyirdim, bir-birindən fərqli sonluqları. Obrazlar: •Əsərdə yenilikdən qaçmış, babasının ənənəsini davam etdirən, bütöv bir mülkün yükünü daşıyan, öz şəhvət hissinin qurbanı (xilas yolunu seçəni) olan Yevgeninin dramı ilə tanış oluruq. •Yevgeninin vurulub, evləndiyi, mal-mülkünə görə yox, əsasən görünüşünə və qəlbinə görə seçdiyi qız Liza da özünəməxsus xüsusiyyətlərə malik idi. O, həyat yoldaşını ilahi səviyyədə sevir, başqa heç kəsin onu sevməyə layiq olmadığını, onun ideal seçim olduğunu söyləyirdi. Amma əksər qadınlarda olduğu kimi onu da qısqanclıq hissi boğurdu. •Qaynana obrazlarına qarşı elə bir mövqedə durmuram, çünki əsərin gedişatında övladlarının seçimlərini dəfələrlə +/- baxan obrazları sevmirəm. (bu şəxsi seçimlərimdən irəli gəlir) _ Bu arada, müəllifdən oxuduğum 2. əsər (kiçik hekayə) idi. Və əminliklə deyə bilərəm ki, digər əsərlərini də oxuyacam 8/10
Şeytan
ŞeytanLev Tolstoy · Qanun Nəşriyyatı · 04,401 okunma
·
29 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.