Gönderi

Ağır yüklər və insanlar.
Bəzən dünyanın ən yaxşı insanı imiş kimi bir hissə qapılıram , bəzənsə sanki dünyanın ən pis insanı. Qarşıma çıxan ilk insanın başını kəsmək keçir içimdən, bəzənsə sadəcə sığallamaq. Bu adi günlərdə də olur. Təkcə kədərli günlərim də təsadüf etmir bu hiss mənə. Bir qonaq kimi gəlir , bir neçə dəqiqə məni sevindirir , xoşbəxt edir sonra yox olur. Əslində qonaqları o qədər də sevmirəm. Qonaqpərvərik , çox adlı şanlı insanlarıq falan filan , nədənsə bu qonaqpərvərlik mənim ruhumda yoxdur. Hə bilirəm , bu həyata qonaq kimi gəldiyimə , nə vaxtsa gedəcəyimi də. Amma mən lazım olan vaxtda lazım olan anda gedəcəm. Həyatıma gələn qonaqlar, insanlar isə heç də belə deyil. Ən lazımsız anda gəlib getmişdilər. Nəysə , insanlar gəlib getməyə öyrəşkən varlıqlar , mövzumuz axı bu deyildi... Yaxşı insan rolunda hər kəsə kömək etmək keçir içimdən yaşlı insanın əlindən tutub maşın yolundan keçirmək, və yaxud da birinin əlindəki ağır yükləri daşımaq... Sonradan yaşa dolduqca anlayıram ki sən demə mən artıq illərdir ki , insanların ağır yükünü əllərimdə daşımasam da üzərim də daşıyırmışam. Bütün ağrısını , kədərini insanlara unutmuşam amma hamısının məndə toplandığını , özümü tam bir xatirə qutusu etdiyimi unuda bilmirəm. Yolun ortasında tərk edilmiş , bütün ağır yüklərini mənim əlimdə qoyub neçə-neçə insan həyatımdan qeyb olub. Sonradan o yüklərlə geri qayıtmağı düşünmüşəm, bəlkə yerinə qoysam özü gəlib tapar sahib çıxar düşüncəsi ilə , daha ağır gəlməyə başlayıb o qədər çətinliklə gəldiyin yolu yenidən geri qayıtmaq. Zamanla əlindəki yüklər əllərini kəsməyə başlayıb zamanla da qəlbini... Ağrı , acı hiss etdiyim zamanlardayam. Hissizlik adı altında yaşamağı çox arzu etmişəm. Artıq hiss etməkdən əlavə yaşamağı da...
·
60 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.