Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

130 syf.
8/10 puan verdi
·
1 saatte okudu
Tim Burton'u tanımayanınız olmaz, yəqin ki. Dünyaca məşhur amerikalı rejissor, animator və rəssam. "Corpse Bride". "Edward Scissorhands". "Charlie and the Chocolate Factory". "Alice in Wonderland". "Big Fish". "Miss Peregrine's Home for Peculiar Children". Və daha onlarla film və animasiya filmi. Uşaqlığımız, yeniyetməliyimiz və gəncliyimizdə silinməz, çox özünəməxsus bir izi olan sənətçi. Gothic sənəti bizə sevdirən insan. Mənim üçün xüsusi yeri, dəyəri olan şəxs☆ Tim Burton'ın həm də hekayə kitabı yazmış olması çoxlarına təəccüblü gələ bilər. Bizdə və Türkiyədə elə də bilinməyən bir faktdır ən azından. Mən də kitabı tamamilə təsadüfən kəşf etdim, bir an belə düşünmədən elektron versiyasını axtardım, tapdım və saatlar sonra girəcəyim bir imtahana hazırlaşmalı ikən pdf'i vərəqləməyə başladım. Olduqca qısa hekayələrdir. Bəzisi bir səhifə. Bir çoxu cəmisi bir neçə sətir. Hər hekayə üçün çoxlu illüstrasiyalar var. İllüstrasiyalar da hekayələri kimi olduqca sadə, bəsit, ancaq kədərlidir. Kitab ilk başda şirin bir uşaq kitabı kimi görünə bilər, amma rejissorun üslubuna bələd olanların təxmin edə biləcəyi üzərə, qətiyyən uşaqlar üçün deyil. Hekayələrin hamısı gothic üslublu, bir formada həm narahatedici, həm kədərlidir. Sadəcə 2 sətirlik bir "hekayə" sizi irkildib həm də kədərləndirə bilərmi yəni ? Hə. Həmişə uzun, dolaşıq, bəzəkli cümlələrə ehtiyacımız yoxdu. Hətta heç bütün bir cümləyə belə ehtiyacımız olmaya bilər. Tim Burtonun bəzi hekayələri sadəcə bir neçə kəlmə ilə personajını təsvir edir və bu belə insanı incitməyə bəs edir. Xoş, çərəzlik kitabdır. Ətrafınızda gothic incəsənət yaxud Tim Burton heyranı yaxınınız varsa, heç düşünmədən hədiyyə ala bilərsiniz☆
İstiridye Çocuğun Hüzünlü Ölümü ve Diğer Hikayeler
İstiridye Çocuğun Hüzünlü Ölümü ve Diğer HikayelerTim Burton · Altıkırkbeş Yayınları · 2018664 okunma
·
320 görüntüleme
Ayten Mehdiyeva okurunun profil resmi
Tim Burton da sevirsən day sözüm yoxdu(ruh əkizimi tapdım)
Arreniuss okurunun profil resmi
Deməli "Çarli və şokolad fabriki"nin rejissoru imiş. Bunu bilmirdim. Yazan əllərinizə, düşünən beyninizə sağlıq <3. Bu arada kitab sonsuz siyahıma əlavə edildi dnndndndnd
Tinuviel okurunun profil resmi
Ay kitab metroda 4-5 dayanacaq müddətdə oxuyub bitirəcəyin bir şeydi, heç siyahılıq deyil dndndndn Ama ümumən Tim Burton animasiyalarına bax, çox qəşəng və orjinal olurlar<3
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.