Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

400 syf.
·
Puan vermedi
·
7 günde okudu
“Kuğu ve çakal” Katiller çetesinin 3-cü seriya kitabıdır. 7 kitabdan ibarət bu seriya kitablarında şiddətə meyillilik, qadın alveri, cinayət, aksiyon dolu mövzular var. İlk kitab “Sarai”də Sarainin 9 yaşında anası tərəfindən narkobarona satılmasını, işgəncəli həyatını, onun başına gələn hadisələr, Victorla yollarının necə kəsişməyini oxuyuruq. İkinci kitab “İzabel”də isə Sarainin Victorla qaçdıqdan sonrakı həyatı, içindəki intiqam hirsini, inakarlığını qələmə alıb Redmerski. “Kuğu və Çakal”ın mövzusu fərqlidir. Doğulduğu andan tərk edilən, uşaqlıqdan ağır cəzalara məhkum böyüyən, içindəki uşaqlığı, gəncliyi öldürülmüş Fredrikin həyatına şahid oluruq. Fredrik Victorun yaratdığı dəstənin üzvlərindən biridir, daha çox cinayətdə əli olan insanlara verdiyi işgəncələrlə məşhurdur. Bir sadist deyək. Sevdiyi qadın tərəfindən tərk ediləndən sonra onun axtarışına çıxan Fredrik, Cassie adında bir qadını əlləri, ayaqları zəncirlənmiş halda dustaq olaraq saxlayır evində. Onu dustaq saxlasa da, Cassia da onun üçün Seraphina kimi təhlükə yarada bilərdi. Bu 2 qadını bir-birinə bağlayan nə idi? Sadəcə olaraq Cassie yaddaşını itirdiyi üçün Fredrikə heç bir halda kömək edə bilmirdi. Yadında qalan sadəcə Seraphinanın onun ailəsini öldürməsidir. Bəs həqiqətdə bu belədirmi? Fredrikin təhlükəli biri olmasına baxmayaraq, duyğusal tərəfləri də var. Hisslərini daxildə yaşasa da, birüzə verməsə də, daxilindəki çəkişmələr, özü ilə apardığı mübarizə onu nə qədər güclü xarakter olduğunu göstərən nüansdır. Oxunması asan, dili ağır olmayan, aksiyonlu bir kitab oxumaq istəsəniz şans verə bilərsiniz bu seriyaya. Fərqli bitişlə sonlanan kitab oldu. Oxuyun, oxutdurun. Kitabla qalın
Kuğu ve Çakal
Kuğu ve ÇakalJ. A. Redmerski · Ephesus Yayınları · 20171,614 okunma
·
21 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.