Gönderi

9/10
·196 syf.··
Beğendi
·
2026 3. kitabı
BADAM-Son Von Pyon-Aleksitimiya (emosional korluq) ilk dəfə 1970 ci illərdə aşkar olunub.Xəstəliyə səbəb natamam emosional inkişaf, travma, qorxu və təşviş hissləri ilə əlaqədar olan amiqdalanın kiçikliyidir. Bilirəm bu banal səslənəcək ancaq mən belə bir nəticəyə gəlmişəm ki, sevgi insanı insan edən, bəzən isə onu bədheybətə döndərən bir qüvvədir.Özünündə dediyi kimi bu romanla çatdırmaq istədiyi əsas fikir bu idi.Əsəri oxuduqca gözlərimin qarşısında Zeze (Şeker portakalı) ağlıma gəldi. Əgər yazaran kim olduğunu bilməsə idim Jose Mauronun əsəri zənn edəcəkdim.Hekayəsi, ideyası, sujet xətti, qeyd olunan fikirlər o qədər gözəl idi ki. Ümumilikdə uğurlu bir əsərdir. Bəlkə də yazarın başqa əsərləri ilə də tanış olacağam yalnız,Yunce və Qon mənim üçün çox başqa olaraq qalacaq hərzaman.Empatiya hissinin çox aydın şəkildə ifadə olunduğu bir əsərdir.Və eynilə sonda digər əsərlərdən fərqlənən bir sonluqla qarşılaşdım.Əsərin belə bitməsini əsla gözləmirdim. Oxuyarkən tamamən qarışıq duyğular yaşayırdım.Və həqiqətən də sevginin sağalda bilmədiyi yara olmadığını indi daha yaxşı başa düşə bilirəm. Elə bir insan övladı yoxdur ki,onu xilas etmək mümkün olmasın. Sadəcə, xilas etməyə səy göstərmək lazımdır.Əsər insana ağrının, günahkarlıq hissinin, kədərin, xoşbəxtliyin, xəyalın və ÜMİDin nə demək olduğunu dərindən hiss etdirərək öyrədirdi. Badam
2024 Okuma Raporları
BadamWon-pyung Sohn · Strauss Nəşriyyat · 20233,781 okunma
·
90 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.