Gönderi

264 syf.
10/10 puan verdi
·
Read in 9 days
YAŞASIN RÖVŞƏN ABDULLAOĞLU YARADICILIĞI!
Öz ədəbiyyatımızdan oxuduğunuz bütün psixoloji kitabları unudun çünki bu kitabı, Rövşən Abdullaoğlunun belə psixoloji inkişaf istiqamətində qələmə aldığı öz kitablarının ‘şedevr’ i sayıram Vəə ilin İLK KİTAB paylaşımı • Müəllimin istər roman, istərsə də psixoloji inkişaf yönündə yazdığı bütün kitablarını oxumuş biri olaraq deyirəm ki, mütləq mütləq oxuyun və texnikaları tətbiq edin. Xülasə; Hal-hazırda neçə yaşınız var? Və bu yaşınıza qədər ən az bir dəfə də olsa, özünüzlə psixoloji olaraq üzləşmisinizmi? Həyata gəliş məqsədinizi anlayıb, həyat motivasiyanızı müəyyənləşdirmisinizmi? İnsanlar böyüyər, düşər-qalxar, uğurlu və ya uğursuz olduqlarını düşünər və yaşadıqları situasiyalar səbəbiylə özlərini xoşbəxt və ya bədbəxt hiss edərlər. Olsun, önəmli olan hər şeyimizə rəğmən, özümüzün superqəhrəmanı olmağı bacarmaqdır. Çünki o zaman yaşamaq rahat və mənalı olur. “Üzləşmə” mənəvi inkişafda teoloji və psixoloji yanaşmaların sintezindən istifadə edən yeni motivasiya üsulları təklif edir. Hamısı da bir-birindən uğurlu, rahatladıcı nəticələrə gətirib çıxardır. Bundan əlavə, kitabda olan bir sıra texnika və metodlar nəzəri biliklərin praktika ilə möhkəmlənməsini də təmin edir Qələminizin mürəkkəbi daimi olsun və siz həmişə, həmişə yazın. Biz hər zaman qələminizə ehtiyac hissedəcəyik. Xüsusi qeyd: Bu kitabı oxuyanda bir daha nə yaxşı ki PSİXOLOGİYA, nə yaxşı ki bu sahədəyəm dedim.. Və aid olduğum yer.. #yaşasınpsixologiya ___ #alıntı Həqiqət öz şəxsiyyətimiz, həyatımız barədə düşüncələrimizə tabe olur.
Üzləşmə
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 202340 okunma
·
44 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.