Bu Bir Seçimdir

Üzləşmə

Rövşen Abdullaoğlu

Comments and Reviews

See All
264 syf.
·
Not rated
·
Read in 3 days
QARANLIQ
Kitabı uzun müddət əvvəl alıb içimdəki müharibəyə görə oxuya bilməmək kimi bir vəziyyət var idi. Hər dəfə əlimə götürüb üz qapağına baxıb içimdə qəribə bir narahatlıq hissiylə yerinə qoyurdum. ( son vaxtlar ümumiyyətlə kitab oxumama istəyi canımı bürümüşdü, əvvəllər bu qədər çox sevdiyim bir məşğuliyyətimi niyə əzaba çevirmişdim heç bir fikrim yoxdur). Nəticə olaraq özümə söz verdim ki, bu kitabı nə olursa olsun oxuyacam. Bəli , əsl üzləşmə effecti olacaq. Özünüzdə bəlkədə görüb , amma qətiyyən qəbul etmək istəmədiklərinizi görəcəksiz. Bəlkədə heç görmədiyiniz tərəflərlə tanış olacaqsız. Amma fərqinə varacaqsız. Ələxsusda çətinlikdəsizsə , bütün günü fikriniz ruhunuz yorğundursa , beyniniz dayanmadan "işləyirsə" lazımlı lazımsız hər şeyi dərd edib , fikirləşirsizsə fərqinə varacaqsız. Dəhşətli dərəcədə sizdə fərqlilik yaratmaya bilər. Birdən ruh yüksəkliyi yaşayıb birdən düşə bilər. Emosional yellənçək hissiyatı verə bilər sizə. Ən əsası dərk edərək oxumaqdı. Bəzi məqamlarda çətin gəldi mənə," yox mən belə deyiləm" deyib , amma gün içində həqiqətən ağlımı məşğul edən məsələlərə çevrildi. Bunlarla yanaşı kitabın məlumat olaraq zənginliyi məni valeh etdi.
Üzləşmə
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 202338 okunma
Reklam
264 syf.
10/10 puan verdi
·
Read in 18 days
Üzləşmə insanın həyatında baş verə biləcək ən önəmli hadisədir. Özünü tanımaq, qəbul etmək, sevmək, inkişaf etdirmək, ətrafını daha yaxşı anlamaq üçün zəruri addımdır. Həyatını yenidən qurmaq, arzuladığın gələcəyi inşa etmək üçün yeganə yol özünü dəyişməkdən keçir. Bu kitab yanlış inanclarından qurtulmaqla özünü, gələcəyini dəyişmək üçün gözəl bir təlimatdır.
Üzləşmə
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 202338 okunma
264 syf.
10/10 puan verdi
Rövşən bəyin bədii əsərləri qədər inkişafetdirici əsərləri də möhtəşəmdir. Kitabı oxuduqca yazıçının biliyinin, dünyagörüşünün nə qədər geniş olduğunun fərqinə varırıq. Hər yazısına da elmi əsas gətirir. Üzləşmə-də insanın bütün psixoloji vəziyyətləri sadalanır ki, hansısa səhifədə özümüzlə üzləşək. Və bacarırıqsa, özümüzü dəyişək. Mütləq və mütləq oxuyun. Hələlik, gözəlim...
Üzləşmə
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 202338 okunma
264 syf.
10/10 puan verdi
Mən hər kitab barədə incələmə yazmıram. Sadəcə bu kitab həqiqətən pis günümdə yanımda oldu. Kaş bu kitabı əvvəlcədən oxuyardımda bəzi günlərin qədrin bilərdim. İçərisində elə alıntılar var idiki mənə yol tutmağa kömək elədi. Və beynimdə olan düşüncələrimə bu dövrə kimi qurban getdiyimi anladım. Ümid edirəm bundan sonra bu kitabdan əldə etdiyim düşüncələrlə yaşamağa davam edəcəm. Hamıya tövsiyyə edirəm bu kitabı. Uduzmayacaqsız :)
Üzləşmə
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 202338 okunma
Reklam
264 syf.
10/10 puan verdi
·
Read in 22 days
Qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə tədris vəsaiti kimi təsdiq olunmaq qərarını sonuna qədər haqq edən kitab və yollar çoxluğu olan həyatda hər kəsin öz həqiqi "mənini" kəşf edib üzləşməsi, batini gücünü kəşf edib həyatın o yollar çoxluğunda öz tərəqqi yolunu, fərdi inkişaf vektorunu tapmasından ötrü münbit zəmin yaradan müdrik bələdçidir. Bu ləfz subyektiv xarakterli ola bilər, fəqət insan öz düşüncə və davranışlarında zaman-zaman elə hallarla qarşılaşır ki, "bu fikir və fe'l, həqiqətən, məndənmi çıxdı, əcəba, məndən qeyrilərində də belə hallar olurmu?" deyə təəccüb və əndişə duyğusuna qapılmamaq adına özünü zorla zəbt edir. Bu baxımdan müəllif kitabın adına müvafiq tərzdə oxucusunun əndişəsinə bir miqdar su çiləyərək və onun düşüncələrinə güzgü tutaraq qayət fəsih bir üslub ilə elə həssas mətləblərə toxunur ki, insan təəccüb duyduğu həmin halların təcridi biçimdə təkcə özünə yönəlmiş vəsvəsə ola biləcəyi ehtimalından həzər edərək həmin fikir və davranışların aləmşümul xarakter daşıdığına, bəşər övladının əksəriyyətinin onlara təbii olaraq mə'ruz qala bildiyinə iqna olur. İnsanın tərəqqisi yolunda hörümçək torundan belə zəif əngəllər inşa edən irrasional inanclar, onlarla üzləşmək və mübarizə aparmaq ideyası bu kitabın mehvərini təşkil edir. Mütaliəsi hər bir diqqətli və tərəqqipərvər oxucuya naçizanə tövsiyə olunur.
Üzləşmə
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 202338 okunma
264 syf.
·
Not rated
Yaxşı kitabları oxuyub qurtardıqdan sonra insan sanki boşluğa düşür.Daha yaxşı kitablar isə insanın özündəki boşluğu tamamlaya bilir."Üzləşmə" məhz ikinci qəbildən olan kitabdır.Üz qabığı belə insana təsir edir)Bu dəfə də mən qaçdığım,düşünmək istəmədiyim,görməzdən gəlsəm hər şey daha yaxşı olar dediyim bütün mövzuları məhz bu stulda
Üzləşmə
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 202338 okunma
264 syf.
10/10 puan verdi
·
Read in 9 days
YAŞASIN RÖVŞƏN ABDULLAOĞLU YARADICILIĞI!
Öz ədəbiyyatımızdan oxuduğunuz bütün psixoloji kitabları unudun çünki bu kitabı, Rövşən Abdullaoğlunun belə psixoloji inkişaf istiqamətində qələmə aldığı öz kitablarının ‘şedevr’ i sayıram Vəə ilin İLK KİTAB paylaşımı • Müəllimin istər roman, istərsə də psixoloji inkişaf yönündə yazdığı bütün kitablarını oxumuş biri olaraq deyirəm ki, mütləq
Üzləşmə
ÜzləşməRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 202338 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.