Gönderi

Şəhid olmamışam qabaq da o, həmin postda olub və bir gün döyüşüb, sonra ona deyiblər ki, yorulmusan, get, bir az dincəl. Yuxarı rəhbərlikdən ona israr ediblər. O gedib və iki saat sonra qayıdıb, gəlib. "Niva"-nın arxasını posta çatanda açıb – Qaraqayada. Nə qədər şirniyyat alıb gətiribmiş! Deyib ki, yarısını boşaldın bu postun əsgərlərinə, yarısını da apararam o biri posta. Sonra birdən-birə fikrini dəyişib ki, yox, elə hamısını boşaldın, bilmək olmaz, səhər nə olacaq. Səhər də onu vurdular. Gedib dincəlməyi də bu formada olub: iki saatlıq gedib, dincəlmək adı ilə əsgərlərə bazarlıq edib, posta gətirib.
·
16 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.