Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

80 syf.
8/10 puan verdi
·
Beğendi
·
18 günde okudu
Başqalarının 1 günə bitirdiyi əsəri 18 günə bitirdim) Həyatın bizə yüklədiyi işlərdən ancaq vaxt tapa bildim. Əsəri bəyəndim. Fikirləri demək olar ki məni yanıltmayan birinin tövsiyəsi ilə başladım və "yaxşı ki oxudum" dediklərimdən oldu. Həcmi böyük olsa bəlkə də oxumaqda çətinlik çəkərdim. Çünki açığın desəm rus ədəbiyyatları yorur məni, indiki dərsliklərimizin əksəriyyəti də Sovet dövrünün artıqlarından yığılmış dərsliklər olduqlarından bu ölkənin məhsullarından tamamilə qıraq durmağa çalışıram. Qısaca bu üslubdan, köhnəlikdən təngə gəlmişəm. Bədii əsərlərlə nə əlaqəsi var bilmirəm.Şedevr əsərlər ola bilərlər, amma necə ki hər kəsə hörmət edirəmsə, inanıram bu şəxsi fikrim də sakit qarşılanar. Amma Tolstoy kitab yazmayıb sanki sizi yazıb. Mən oxuduqca özümü baş obrazın yerinə qoydum. Gələcəkdə ailəmə, insanlara sadəcə yük olsam necə hiss edərəm? Ya ağır bir xəstəlik yıxsa məni, aram-aram parçalasa nə hisslər keçirərəm. Duyğulandıracaq qədər dərin deyil də, düşündürəcək qədər möhtəşəm idi.
İvan İlyiç'in Ölümü
İvan İlyiç'in Ölümü
Lev Tolstoy
Lev Tolstoy
İvan İlyiç'in Ölümü
İvan İlyiç'in ÖlümüLev Tolstoy · Karbon Kitaplar · 201845,1bin okunma
··
3 artı 1'leme
·
2.192 görüntüleme
Reagan okurunun profil resmi
Qələminizə sağlıq Cənab)) oxuma istəyi yaratdınız məndə😇
Nəimi okurunun profil resmi
Nə xoş mənə, xoş oxumalar🙂
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.