Gönderi

185 syf.
7/10 puan verdi
·
Read in 3 days
Qürur, dürüstlük,namusluluq,insaniyyət. Bu və bunlar kimi onlarla müsbət xüsusiyyətləri özündə cəmləyən bir qız və bu cür yaxşı insan olduğundan başına gələn onlarla fəlakət. Varlı bir tacirin iki qızı yetim qalır və qohumları da bu qızlara sahib çıxmırlar. Bu qızların hərəsi ayrı yolları seçirlər. Biri əxlaqsızlığı və rahat həyatı,digəri isə dürüst və namuslu həyatı. Bu kitabda hər iki yolu seçən qızların hər birinin həyatını oxuyuruq. Namuslu bir həyatı seçən Custinin başına gələnlər isə insanı tərəddüd içində qoyur. Doğurdan mı insanlıq duyğusu yox olub? Doğurdan mı artıq mərdlik,namusluluq sadəcə hərflərdən ibarət sözlərdir? Kitabda Custinin başından keçən hadisələr insanı bu qənaətə gəlməyə sanki məcbur edir. Custinin dürüstlüyü onu bir çox insanla qarşı-qarşıya qoyur. Bu insanlar cəmiyyətin aşağı təbəqəsi deyil ,əksinə yüksək təbəqədən olan insanlar: həkim,rahib,tacir, hakim... kimi zəngin insanlardırlar. Kitabda hadisələr çox axıcı irəliləyir və insan sıxılmır.Kitabda ara-ara erotik səhnələrə də yer verilmişdir. Amma bu səhnələr erotik bir kitabın əksinə olaraq iyrənclik hissi yaradır insanda. Çox soyuqqanlı biri olmağıma baxmayaraq hətta mənim belə Custinin çəkdiyi əzablar, işgəncələr ürəyimi sızlatdısa,"ürəyi zəif insanların oxumağı tövsiyə olunmur " ).
Erdemle Kırbaçlanan Kadın
Erdemle Kırbaçlanan KadınMarquis de Sade · Altın Post Yayıncılık · 2012566 okunma
·
70 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.