Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

488 syf.
10/10 puan verdi
·
Beğendi
·
12 günde okudu
Əsər təsirli və maraqlı idi. Olduqca ləng oxuyaraq bitməsini gecikdirmək istədim,amma hər gözəl şey kimi bu əsrarəngiz kitabda bitdi. Oxuduğum ən maraqlı klassik əsər ola bilərdi. Həmçinin Lemarkla ilk tanışlığım bu əsər sayəsində oldu və bundan sonrada mütləq yazarın digər kitablarını oxuyacağam. Kitab müharibədən sonra üç dostun həyatında bəhs etməkdədir. Əsasən də Robbi ilə Patın sevgi hekayəsindən bəhs edir. Robbi və Patın dostluqla yaranan sevgiləri həqiqətən də çox gözəl idi. Üç yoldaş öz aftomobil emalatxanalarında çalışaraq günlük yaşamlarını sürdürməkdədilər. Onların arasındaki güclü dostluq bağını insan imrənmədən edə bilmir. Əsərin ən acılı səhnələri Patın həyatı idi. Pat ağır xəstəlikdən əziyyət çəkdiyi üçün hər kəs olduqca narahatıdr və keç kəs bunu ona bildirməməyə çalışır. Pat müalicə üçün başqa bir yerə getməli olur. Bu sırada bir çox şey dəyişir. Üç yoldaşdan biri öldürülür və Robbi uzun müddətli Patın yanına gəlir. Əsərdə əsasən Robbinin durmadan taleyini lənətlədiyini və bu vəziyyətdən narazı olduğunu görürük. O ağlına belə sığışdıra bilmir ki, içində bu qədər həyat sevgisi olan biri necə belə gənc yaşda ölümlə üz-üzə ola bilər? Robbi hər şeyə rəğmən Pata olan sevgisi ilə yaşayır və onun bütün istəklərini gerçəkləşdirmək üçün dəridən qabıqdan çıxır.
Üç Yoldaş
Üç YoldaşErich Maria Remarque · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2017223 okunma
·
123 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.