Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Həyatın sirri cazibə qüvvəsidir
Həyatın möhtəşəm Sirri - cazibə qanunudur. Cazibə qanunu bildirir: "Hər tezlik özünə bənzər tezliyi cəzb edir" və bu o deməkdir ki, siz düşünərkən şüalandırdığınız tezlik dal- ğaları Kainatda olan ona bənzər tezlik sahəsi ilə birləşir.. • Düşüncələr maqnit xassəlidir, onlar xüsusi tezliyə malikdirlər. Siz düşündüklərinizi Kainata göndərərkən, onlar həmin dalğa tezliyində olan hər şeyi sizə doğru yönəldir. Nə olmasından asılı olmayaraq, Kainata göndərilən hər bir şey, öz mənbəyinə geri dönür, mənbə isə sizsiniz. Siz öz fikirlərinizlə müəyyən tezlik translyasiya edən, insan vücudunda yerləşən ötürücü stansiyaya çevrilirsiniz. Əgər həyatınızda nəyisə dəyişmək istəyirsinizsə, düşüncə tərzinizi dəyişərək, başqa tezliyə köklənin. Sizin indiki fikirləriniz gələcək həyatınzı qurur. Ən çox nə haqqında fikirləşir və ya diqqətinizi hansı düşüncəyə səfərbər edirsinizsə, onlar mütləq həyatınızda təzahür edəcəkdir. • Fikirləriniz əşyaviləşəcəkdir.
Sayfa 25
·
36 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.