·128 syf.····Okunma: 13 Ocak 2024 18:37 Bu incələmədə bu kitabla bağlı, ya da, bağlı olmayan hər şeyi anlatacam. Çünki mənim üçün də, bunun fərqi yoxdur. Əslində cənab Morse üçün də, çox şeyin fərqi yoxdur. Yəni əhəmiyyətsizdir.
Başlayaq əvvəldən. İlk öncə onu qeyd edim ki, kitabı türkcə oxumağı planlaşdırırdım. Getdiyim kitab mağazasında isə bu kitabın ancaq azərbaycan dilinə tərcümə olunmuş versiyası qalmışdı. Mən əvvəlcə tərəddüd etdim. Sonra "məndən nə gedir ki? Baxım, kitaba, xoşum gəlməsə almaram" deyə fikirləşdim. Kitabı əlimə alan kimi tərcüməçinin kim olduğu ilə maraqlandım. Əlisa Nicat yazılmışdı. Açığı tənbəlliyimdən dolayı bu adamın kimliyini araşdırmadım. Amma adını yazıçı adına oxşatdım. Nədənsə mənə elə gəlir ki, yazıçılar tərcümə edəndə daha keyfiyyətli iş ortaya qoyurlar. Həm də, ciddi yanaşırlar desəm yanılmaram yəqin ki. Ancaq ümumi götürsək azərbaycan dilinə tərcümə olunmuş kitabların o qədər də, qənaətbəxş olduğu barədə fikir səsləndirmək üçün ən azından cəsarətli deyiləm. Xülasə, kitabdan bir neçə cümlə oxudum. Xoşuma gəldi. Alası oldum kitabı.
Həqiqətən, kitabı oxuyanda insanın ağlında belə bir fikir yaranır ki, Albert Kamü azərbaycanlıdır. O bizim dilimizi bilir və bizə xitab edir. Şəxsən bunu mənə düşündürdüyü üçün Əlisa Nicata təşəkkür edirəm. Nə yaxşı ki, belə keyfiyyətli işini görən tərcüməçilərimiz var.
İndi isə bir az romandan danışmaq istəyirəm). Morse ictimai əxlaq dəyərlərini önəmsəməyən, Tanrıya inanmayan, elə hər şeyə "fərqi yoxdur" deyən, adətən azdanışan və adamayovuşmaz adlandırılan bir xarakterdir. Əslində nə qədər adamayovuşmaz adlandırsalar da, biz əsərboyu onun heç kimlə mübahisə etmədiyini görürük. Bunun səbəbi mənə elə gəlir ki, hamının fikri ilə razılaşması və ən əsası əzbərlədiyi, beyninə oturtduğu ifadə olan "fərqi yoxdur" sözlərindən istifadə etməsi idi. Görəsən həqiqətənmi Yad üçün heç nəyin fərqi yox idi? Yoxsa o sadəcə "yox" deməyə qorxurdu. Hekayəni bizə elə Yad özü nəql edir. Biz onun öz dilindən anlayırıq ki, onun üçün həqiqətən də, heç nəyin fərqi yoxdur. Bu bəlkə də, inancsızlıqdan qaynaqlanır, bəlkə hissizlikdən, bəlkə travmalardan. Bilmirəm, amma bu tip adama çevrilmək çox təhlükəli olardı fikrimcə. İnsan həqiqətən bu qədər hissiz ola bilməz. Yad nə qədər daşürəkli olsa da, bir yerdə ona deyirlər ki, yalan danış. O isə bundan imtina edir. Qəribədir. Tam qəddar bir xarakter də, deyil, amma insanın sevəcəyi bir xarakter də, deyil. Yəni məhkəmədəki insanlar kimi mən də, yüz faiz həmin xarakterə həm acıyardım, həm də,iyrənərdim. İnsanın bu qədər vecsiz olması doğru bir şey deyil. Sən xırda şeyləri vecinə almamalısan, amma ailə, dostlar, karyera bu kimi mövzular çox əhəmiyyətlidir. Burada, insan fədakar olmalıdır. Ümumiyyətlə hər insan üçün mühüm olan mövzular mütləq olmalıdır. Əks halda dünya hissiz, tənha, yad, daşürəkli insanlarla dolub daşar.
Ümid edirəm, real həyatda heç kim "bugün anam öldü. Bəlkə də, dünən ölüb, bilmirəm" deməz.