Gönderi

8/10
·916 syf.··
2024 2. kitabı
·
28 günde okudu
·
Okunma: 15 Ocak 2024 16:06
Stephen Kingdən oxuduğum səhv etmirəmsə, 2-ci romandı, 1-ci Kingin daha çox tanındığı qorxu, triller janrında idi, bu romanda isə hər şey var idi, tarix, zamanda səyahət, "kəpənək" effekti. Əsər indiyə qədər də haqqında şayiələr dolaşan, ABŞ prezidenti Con Kennediyə təşkil olunan sui-qəsdi yenidən ələ alır. Qətli törətməkdə şübhəli bilinən Li Osvald hadisədən sonra özü də qətlə yetirildiyinə görə məsələ müəmma olaraq qalır. King əmi də etmə tənbəllik, Kennedinin keçdiyi küçəni, Li Osvaldın həmin müddətdə qaldığı mənzil, Kennediyə atəş açılan yer, muzey, ağlınıza gələ biləcək hər şeyi araşdırıb və dolğun əsər ortaya qoyub. Kitabın əvvəlində də deyildiyi kimi, sonda qatilin kim olduğunu öyrənməyəcəksiz, hadisələrə yeni baxış bucağı qazanacaqsız, yaratdığımız kiçik bir "titrəyiş"in nələrə səbəb ola biləcəyini anlayacaq və bəlkə də baş qəhrəmanımız Ceyk Eppinq kimi şizofren dərəcəsinə gələcəksiz. Tərcümə pisdi 5/10, redaktə səhvləri çoxdu, hekayənin maraqlı olması görməzdən gəlməyə şərait yaradır sadəcə. Mənə maraqsız gələn siyasi hissələri idi, ki dəhşət çox deyildi 900 səhifəlik kitabda max 60-70 səh olardı. Demək olar ki, anlamırdım. Məsləhətim adı keçən musiqiləri, rəqsləri internetdə axtarın, daha asan olur təsəvvür etmək və 1 əsr əvvəlin Amerikasını oxumaq daha çox zövq verir.
11/22/63Stephen King · Qanun Nəşriyyatı · 20144,172 okunma
·
1 +1'leme
·
169 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Steven Kinq qeyri-ciddi ədəbiyyat nümayəndəsi olaraq "tanrıların qorxusu, qorxuların tanrısıdır" deməkdən çəkinmirəm. Amma maraqlıdır, hər dəfə qarşıma çıxan bu "11/22/63" əsərini o dövrün Amerikasının siyasi-sosial vəziyyətini əks etdirən tarixi mənbə kimi götürmək olar? Bilmək istəyirəm, fantastik hadisələr xaricində reallıq nə dərəcədə əks edilib?
Həsən Əliyev
Gönderi Sahibi
Kitabın sonunda - son sözdə - King etdiyi araşdırmalarını, hansı kitablardan istifadə etdiyini, bir-bir hadisənin olduğu ərazilərə baş çəkdiyini, hətta hadisə yerində olanda mühafizəçi ilə belə danışdığını qeyd edir, qatilin mənzilinə baxdığını və s. qeyd edib. Yəni əməlli-başlı araşdırma edib, məncə, səhv etmirəmsə hadisələrin olduğu tarixlər də həqiqətə uyğundu, düzdü King bəzən dəyişiklər etdiyini etiraf edir. Qısası, siyasət maraqlıdısa onun dediyi kitablardan və ya internetdən araşdırmaq olar, amma məncə hardasa 80 faiz tarixi əks etdirir non-fiction hissələri