Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Həsən Əliyev

Sabitlenmiş gönderi
Saatler sonra önümdeki sayfa hâlâ boştu. Hiddet ve hüsranla yumruğumu masaya öyle sert vurdum ki elim kanadı. İşte bir sır bu kadar ağırlaşabilir. Kanın mürekkepten daha kolay akmasını sağlayabilir.
Sayfa 578Kitabı okudu
Reklam
437 syf.
8/10 puan verdi
Qaranlıq Günəş 2
Qaranlıq Günəş 2Zaur Pənahov
6/10 · 11 okunma
424 syf.
8/10 puan verdi
·
14 günde okudu
Kitab çıxandan bəri haqqında bir-birinə zidd fikirlər duyurdum, Facebook qruplarında hətta çox insan görürdüm, deyirdilər ki, əsər "klişe" fikirlərdən ibarətdir, başqa kitablardan oğurlanıb və s. O zaman sizə bir sual verim: motivasiya tipli kitablar niyə kifayət qədər oxunur? Yəni insanı maksimum nə qədər, hansı üsullarla motivasiya etmək olar ki?) Və ya bir fikir çox insan tərəfindən, əxlaqi meyarlara uyğun olaraq düz hesab edilirsə, yazıçı fərqli yazmaqçün onu səhvmi göstərməlidi? Qısası deməyim odu ki, insan hissləri, niyə intihar doğru seçim deyil, müharibə, sevgi, yarım qalmış arzular, din və s. "klişe" mövzulardısa o zaman gərək kitabların yarısını ayırıb tullasınlar. Bu mövhumlar əksər kitablarda yer alır, əsas məsələ bunların insana necə çatdırıldığıdır, insanda hansı duyğular yaratdığıdır, nə qədər dərindən təsir etdiyidir. Yerli yazıçımız da, məncə, kifayət qədər geniş fantaziyası ilə bunu bacarıb, indiyə qədər oxşarını görmədiyim bir iş ortaya çıxarıb. Ən sevdiyim hissə kitablar haqqında obrazımızın dediyi fikirlərin yer aldığı bölümlər idi. Kitabdan həmçinin kifayət qədər yeni məlumatlar öyrənmək mümkündür, yazıçı Bosniya və Herseqovinanı elə təsvir edib ki, getməyim gəldi lap. Bir az bəyənmədiyim, bəzən təkrar mövzulara toxunulurdu kitabda, bir də bu janrın oxuyucusu deyiləm.
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,035 okunma

Okur Takip Önerileri

Tümünü Gör
424 syf.
8/10 puan verdi
·
14 günde okudu
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu
9.2/10 · 1.035 okunma
"Əcəli çatmış insanı itirməkdən daha qorxulusu yanımızda olan diri insanları itirməkdir. Özümüz də fərqinə varmadan diri insanları asta-asta itiririk. Əslində, insan istəsə, dünyasını dəyişmiş insanı da yaşada bilər, əgər istəsə. Bunu heç vaxt unutma..."
Sayfa 372Kitabı okudu
Reklam
"İntihar və şəhadət iki fərqli anlamdır. Tamamilə fərqlidir. Biri döyüş meydanının tərki, digəri döyüş meydanına hərəkət".
Sayfa 235Kitabı okudu
"Mən həmişə insanları incitməkdən, onların xoşuna gəlməyən hərəkətlər etməkdən qorxmuşam. Ancaq onlar mənim xətrimə dəyməkdən qətiyyən qorxmurlar".
Sayfa 191Kitabı okudu
"Bilirsən, başqalarının diqqət və səylərinə dəyər verməyən insandan zərərlisi yoxdur".
Sayfa 184Kitabı okudu
"Bəli, intihar edənin əsas istəyi həyatına son vermək deyil, onu içindən üzən ağrılara son verməkdir".
Sayfa 106Kitabı okudu
287 syf.
10/10 puan verdi
Dostlarım bilir ki, daha çox epik-fantastik tərzdə kitablar oxumağı xoşlayıram, özüm də ən azından belə düşünürəm, amma emosiya dolu əsərləri - "Çərpələng uçuran", "Mənim Payım" və s. - də oxumaqdan zövq alıram. Ona görə əslində sıxılacağımı gözlədiyim bu əsər məni çox təəccübləndirdi, bununla da kifayətlənmədi, bəlkə gələcəkdə - daha çox kitab oxuyanda- qurmağı xəyal etdiyim top 10 siyahıma daxil oldu, buna əminəm. Sadəcə emosiya dolu əsər deyildi bu, "Həyat kitabı" idi mənimçün. Üz qabığını sevdiyim üçün (Koridor yayınlarının üzü qırmızı parçadandı) bu nəşri aldım. Yazı stili, Türkiyə türklərinin keçən əsrdə işlətdiyi əksər sözlərin səhifənin altında verilmiş qeydlərə baxmadan belə dilimizdə mövcud olub anlaşılması ayrı zövq verirdi. Kitabdan "alıntı" paylaşmadım, bu da mənim "içimdəki şeytan" olsun) Nə yazsam kitab haqda az qalacaq, məncə. Çünki hər şey görəcəksiz, sevgi, insan münasibətləri, insan xisləti, dostluq, doğru və yanlış fəlsəfəsi, fərqli növdə "şeytan"lar və daha nələr...
İçimizdeki Şeytan
İçimizdeki ŞeytanSabahattin Ali · Koridor Yayıncılık · 2022170,9bin okunma
219 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.