Həsən Əliyev

Həsən Əliyev
@isbadofme
10/10
·316 syf.··
2026 6. kitabı
·
4 günde okudu
·
Okunma: 08 Nisan 2026 22:29
Yenə doğru zamanında gələn və ruhumu alt-üst edən bir kitab.Nə yaxşı ki,bu kitabı belə bir vaxtda oxumuşam.Bir oxucu üçün ən gözəl şeydir bir kitabı ən doğru zamanda oxumaq.Bu kitabı oxumağa məni sövq edən o gözəl incələməyə görə təşəkkür edirəm. Münasib Niftalıyev İlk növbədə qeyd edim ki,kitab çox axıcı,oxunması rahat üslubda yazılıb,yormadan,sıxılmadan oxumaq mümkündür. Bilmirəm hiss etdiklərimi necə ifadə edim.Conla atasının arasında olan münasibətdə təəssüf ki,özümü görürdüm.Bəlkə də bu səbəbdən daha ağrılı oldu mənim üçün o hissələri oxumaq.Kitab oxuyarkən ağlamaq üçün darıxmışdım:)Sonlara qədər Savanna ilə olan münasibətləri bütün bunların gerisində qalırdı,taa ki,həmin hissəyə çatana kimi (spoiler vermək istəmədim).Artıq qum,dəniz,sahil-bütün bunlar xatirimdə qarabuğdayı Savannanı,qulağının ardına etdiyi saçlarını,ona məftun olan,dənizdə serfinq sürən Conu canlandıracaq. Bilmirəm,həyatda bu cür sevgilər,bu cür sevənlər var ya yox,amma yenə də bunları kitablarda oxumaq belə gözəldir.Sözsüz ki,uzun müddət təsirində qalacağam.Həyatımda nəyisə dəyişdirəcəkmi,bilmirəm,amma qəlbimdə çox şeyi dəyişdirdiyinə əminəm.İstəməzdim atası ilə çəkdirdiyi tək şəkil bizim Conla oxşar cəhətimiz kimi yaddaşımda qalsın.Bəlkə də bunu dəyişdirməyim üçün Condan fərqli olaraq mənim bir şansım var. Bilmirəm... Məncə,ölmədən əvvəl oxunacaqlara daxil olmağa layiq kitabdır.Oxusanız, peşman olmazsınız deyə düşünürəm. Xoş mütaliələr ♡
Sevgili ConNicholas Sparks · Qanun Nəşriyyatı · 2013488 okunma
Həsən Əliyev
Vaay gözəl, mənə də maraqlı gəldi
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
6/10
·368 syf.·
31 günde okudu
·
Okunma: 13 Nisan 2026 14:21
·
2026 5. kitabı
Adam Silvera
7.6/10 · 4.092 okunma
Həsən Əliyev
E bu spoiler veriyo knk
Senenin son kitap alışverişini yapmayı düşünüyorumm✨️ Öneriye ihtiyacım var, bana sevdiğiniz ve kesinlikle okuman gerekiyor dediğiniz kitaplar söyleyebilir misiniz? Tür olarak fantastik ya da gerilim olursa şahane olur💖
Həsən Əliyev
Bir fantastiksever olarak Rüzgarın Adı en sevdiğim kitap
8/10
·424 syf.··
2024 6. kitabı
·
14 günde okudu
·
Okunma: 18 Şubat 2024 01:17
Kitab çıxandan bəri haqqında bir-birinə zidd fikirlər duyurdum, Facebook qruplarında hətta çox insan görürdüm, deyirdilər ki, əsər "klişe" fikirlərdən ibarətdir, başqa kitablardan oğurlanıb və s. O zaman sizə bir sual verim: motivasiya tipli kitablar niyə kifayət qədər oxunur? Yəni insanı maksimum nə qədər, hansı üsullarla motivasiya etmək olar ki?) Və ya bir fikir çox insan tərəfindən, əxlaqi meyarlara uyğun olaraq düz hesab edilirsə, yazıçı fərqli yazmaqçün onu səhvmi göstərməlidi? Qısası deməyim odu ki, insan hissləri, niyə intihar doğru seçim deyil, müharibə, sevgi, yarım qalmış arzular, din və s. "klişe" mövzulardısa o zaman gərək kitabların yarısını ayırıb tullasınlar. Bu mövhumlar əksər kitablarda yer alır, əsas məsələ bunların insana necə çatdırıldığıdır, insanda hansı duyğular yaratdığıdır, nə qədər dərindən təsir etdiyidir. Yerli yazıçımız da, məncə, kifayət qədər geniş fantaziyası ilə bunu bacarıb, indiyə qədər oxşarını görmədiyim bir iş ortaya çıxarıb. Ən sevdiyim hissə kitablar haqqında obrazımızın dediyi fikirlərin yer aldığı bölümlər idi. Kitabdan həmçinin kifayət qədər yeni məlumatlar öyrənmək mümkündür, yazıçı Bosniya və Herseqovinanı elə təsvir edib ki, getməyim gəldi lap. Bir az bəyənmədiyim, bəzən təkrar mövzulara toxunulurdu kitabda, bir də bu janrın oxuyucusu deyiləm.
Relslər Üzərinə Uzanmış AdamRövşen Abdullaoğlu · Qədim Qala · 20201,816 okunma
Nadirə Əli isimli okura yanıt verildi
Həsən Əliyev
Oxudum paylaşımınızı, eynən mən də sevəcəyimi gözləmirdim, nəsə haqda fikir bildirəndə (mövzu yalnız kitab deyil) dediklərimizin fərqində olmalıyıq.