Sən çox bütöv adamsan. Bu, sənin həm məziyyətindir, həm də nöqsanın. Sən özün bütöv bir xaraktersən və istəyirsən ki, bütün həyat da bütöv hadisələrdən ibarət olsun, amma belə olmur. Sən ictimai və xidməti fəaliyyətə nifrət edirsən, çünki istəyirsən ki, iş həmişə məqsədə uyğun gəlsin, amma belə olmur. Sən həmçinin istəyirsən ki, bir adamın fəaliyyəti daim məqsədli olsun, məhəbbət və ailə həyatı həmişə vahid olsun. Amma həqiqətdə belə şey yoxdur. Həyatın bütün müxtəlifliyi, bütün cazibədarlığı, bütün gözəlliyi kölgə və işıqdan ibarətdir.