Münasib Niftalıyev

Münasib Niftalıyev
@Munasib_Niftaliyev
Sıkı Okur
Via Mea: Humanitas Cultura Animi Peregrinatio Concordia Poetica
Scriptor & Cogitator
InfoSec | III |
Baku
Sheki, Azerbaijan, 27 Mayıs 2006
24 kütüphaneci puanı (Geçen ay: 8)
232 okur puanı
Mayıs 2025 tarihinde katıldı
Etimoloji Defteri
Mücellit Nedir ?
10/10
·110 syf.··
2025 33. kitabı
·
4 günde okudu
·
Okunma: 20 Aralık 2025 18:43
Məncə İvan İlyiçin Ölümü sadəcə bir insanın fiziki ölümü haqqında deyil. Bu əsər daha çox ruhun necə tədricən öldüyünü göstərir. İvan İlyiç cəmiyyətin qəbul etdiyi “düzgün” həyatı yaşayır: yaxşı iş, hörmətli mövqe, uyğun evlilik. Amma bütün bunların içində onun həyatı mənasız və boş görünür. Əsəri oxuyarkən məni ən çox təsirləndirən məqam İvan İlyiçin xəstəliyi ilə birlikdə yalnız qalması oldu. Ətrafındakı insanlar onun ağrısını yox, öz rahatlıqlarını düşünürlər. Hətta ailəsi belə onun ölümünü bir yük kimi görür. Bu isə göstərir ki, sevgi və səmimiyyət üzərində qurulmayan münasibətlər çətin anda tamamilə dağılır. Mənim fikrimcə, İvan İlyiçin ən böyük faciəsi ölməsi yox, ölümə qədər heç vaxt həqiqi yaşamamış olmasıdır. O, yalnız sona yaxın anlayır ki, yaşadığı həyat başqalarının gözündə “düzgün” olub, amma öz ruhu üçün yalan olub. Gerasim obrazı isə bu yalan həyatın fonunda saflığı və insanlığı təmsil edir. səmimi qayğı, qorxmadan həqiqəti qəbul etmək. Əsərin sonu mənə həm kədərli, həm də düşündürücü gəldi. Çünki Tolstoy göstərir ki, insan həqiqəti çox gec anlasa belə, bu anlayış onu daxili bir işığa çıxara bilər. Amma sual açıq qalır. bu anlayış üçün ölümə bu qədər yaxınlaşmaq lazımdırmı? Məncə bu əsər oxucuya səssizcə belə deyir: “Başqalarının gözündə düzgün görünən bir həyat, sənin üçün mənasız ola bilər.”
Düşünce
İvan İlyiç'in ÖlümüLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202261,1bin okunma
Münasib Niftalıyev
İvan İliçi öldürən psixoloji məqamlar oldu. Əslində ölümü də həyatı kimi mənasız alındı. Həkimlər hərəsi bir şey deyir, onu qeyri-müəyyənlik içində saxlayır, o da özündə şübhələr yaradır. Bu şübhələr də qorxu və s. gətirir, get-gedə pisləşir. Onun ölümə doğru düşüncələri və reallıq isə təsirli idi. Gerasim obrazı isə həqiqəti görüb qəbul etmişdi, digərləri kimi onun sağalacağını düşünmür, öləcəyini bilirdi. Ona görə də onu başa düşür və ona acıyırdı, əlindən gələn köməyi edirdi. Sartrda da var ki, insan ölümü hiss edəndə keçmişi ona mənasız gəlməyə başlayır. İvan İliç həyatına nəzər salanda gördü ki, gözəl keçən təkcə uşaqlığı olub. İllər keçdikcə həyatında gözəl xatirə deyə biləcəyi şeylər də azalıb və bu onu düşündürür ki, lazım olduğu kimi yaşamamışam. Ümumiyyətlə, ölümdən qabaq onun düşüncələri yaxşı təsvir olunub. İncələmənizi də bəyəndim
"Aşk masalı" hikayemden birkaç alıntı paylaşayım
💬 Bence insan kaderine hükmedebilir. İstediğimiz her şeye ulaşmanın mutlaka bir yolu vardır. Yeter ki denemekten vazgeçmeyelim. 💬 İnsanların kalplerini birbirine bağlayan en güzel köprülerden biridir sanat. Kalpleri birbirine kavuşturur. 💬 Bazen insan yaşarken mutluluğun içinde olduğunu fark etmez. Ama yıllar sonra dönüp baktığında anlar. 💬 Mutluluğumuzu mümkün olduğunca uzatmaya çalışırız. Ama ne kadar uzatırsak uzatalım, bir gün sona erecek ve o acıyı yaşayacağız. O acıdan kaçış yoktur. Hatta bence mutluluğu mutluluk yapan da tam olarak o acılardır. 💬 Bazı şeyler bir daha geri dönmez. Bunu bile bile içinde umut beslemek, kalbe yapılabilecek en büyük işkencedir. 💬 Unutmanın en ilginç yanı ise, unuttuğunda unuttuğunu fark etmemen. Unuttuğun şeyler, hiç yaşanmamış olanlarla birbirine karışır. Sanki hiç olmamış gibi... 🖋️ Hikayemi profilimdeki hikayeler bölümünden okuyabilirsiniz. Keyifli okumalar☺️
Alıntı
Roza Vahabova isimli okura yanıt verildi
Münasib Niftalıyev
Bir sual verim, hansı ixtisası oxumusunuz? Biz də hər ay bir yazıçı ilə görüş keçiririk. Azərbaycan oxucuları kitab klubu olaraq. Əslində sizi də bizim klubda görmək xoş olar bizim üçün☺️