Eşq mələyi olan Ülkər'in həyatı bir nöqtəyə qədər, həqiqətən, eşq mələyi olaraq gəlmişdi. Lakin müəyyən bir hissədən sonra Ülkər artıq öz əlləri ilə öz həyatını dağıdaraq fahişəliyə baş vurdu. Yazıçı belə qadınların yaşadığı taleyi gözlər önünə sərərək demək istəyir: Hər şeyin mütləq bir səbəbi vardır.
Ancaq bunu insanlara göstərmək yetərli deyil. Bu gün hər kəs onsuz da bunlardan xəbərdardır, ancaq çarə tapa bilmir. Əsərdən gözləntim o istiqamətdə idi ki, yazıçı öz zənninə görə çarəni vurğulayacaq, təbliğ edəcək. Ancaq olmadı. Yenə də oxumağa dəyərdi. Hələlik, gözəlim...