Gönderi

-Qarşılıqsız sevgi çox əzablıdır. - Ağrılıdır?! Sevdiyin insanlara qarşı buraxdığın səhvləri bütün ömrün boyu düzəltmək istəyirsən, onlar isə artıq yanın da yoxdurlar. Bax bu, ağrılıdır. Cavanlığında bütün fürsətləri əldən verirsən, yaşlaşanda isə onları xatırlayıb peşman olursan. Bax bu, ağrılıdır. Ətrafın gözəlliklərlə doludur, baxırsan,ancaq heç bir ləzzət ala bilmirsən. Bax bu, ağrılıdır. Böyük ümidlərlə yaşadığın halda, hər şeyin bir anda puç olması - bax bu, ağrılıdır. Etimad etdiyin, özünə hər kəsdən daha yaxın bildiyin, sirdaş sandığın insanın xəyanəti, ev-eşiyindən didərgin salınmağın, doğmalarının bir anın içində qətlə yetirilməsi və sənin tək qalmağın... Bax bütün bunlar ağrılıdır. Sənin dediyin bu qarşılıqsız sevgi isə boş və mənasızdır. İnsanların emosional pozuntu zamanı yaşadıqları hissə verdikləri, heç nə ifadə etməyən bir ad, bir söz. Bu necə bir ağrıdır ki, başqasının sevgisi ilə aradan qalxır. Həqiqi ağrı unudulmur və keçmir. O, qəlbimizin dərinliklərində özünə yer edir, sən onu oradan heç cür çıxarda bilmirsən.
Qədim QalaKitabı okudu
·
44 views
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.