Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

•20 Yanvar...
20 Yanvar 1990-cı il... Sovet ittifaqı qoşunlarının Bakı şəhərinə,Azərbaycanın bəzi rayonlarının isə Sovet ordusunun tərkibinə daxil olduğu gün.Neçə-neçə günahsız körpələrin,qadınların,qocaların öldürüldüyü,Dünyanın hələdə buna göz ucu ilə baxdığı,Azərbaycan xalqının isə ömür boyu unutmayacağı o tarix.Həmin gecə SSRİ qoşunları Bakı şəhərini güllə,baran etdilər.Vaxtsız özünü çox böyük bir qoşun sandı SSRİ.Taki Qalib Azərbaycan Ordusu üzə çıxana qədər. Əvvəllər ailədiki böyüklərin:"O vaxt biz SSRİ tərkibinə daxil olanda hər şey çox çətin idi.Bizlər müharibə gördük,Allah sizlərə göstərməsin" dedilər.Ard-arda neçə müharibələr gördük.Bəzilərindən gözümüzün önündə olduğu,ağlayıb,qışqırarıb,yeri gələndə fəxr etdiyimiz,bəzilərindən isə bizlər sakit,səssiz həyat yaşarkən,cəbhədə hər gün həyatımızı onlara borclu olduğumuz qardaşlarımızın gördüyü müharibələr oldu... Artıq bu gün Azərbaycan azad və müstəqil bir ölkədir.Biz artıq isti evimizdə rahat yaşayır,rahat gəzirik. Biz artıq heç kimdən asılı deyilik!Kimlərin hesabına? 30 illik həsrətimizi sona yetirən,gözlərini belə qırpmadan özün irəli verib,hal-hazırda,torpaq altında uyuyan Qəhrəman Şəhidlərimizin hesabına.O Şəhidlərki bizə Vətəni sevməyin yollarından Şəhadətləri ilə danışdılar.44 günlük müharibədə Dünya,biz Türklərin nəyə qadir olduğunu gördü.Oğullarımız göz qırpmadan öz canlarını Vətənin azadlığı uğrunda qurban verərək,Vətənin köksündə əbədi yanan məşələ döndülər!Vətəni,Torpağı uğrunda canından keçən hər bir igid bizim üçün nə qədər əzizdir.Üzərində gəzdiyimiz bu torpaq,Ana dediyimiz Vətən nə üçün bu qədər əzizdir bizə?Çünki Torpaq uğrunda ölən varsa Vətəndir.Və o Torpağı Torpaq  edəndə,altında uyuyan qızıldanda dəyərli Şəhidlərimizdir.Torpaq Qəhrəman oğullar yetişdirir.Bu gün doğulan Körpə,sabahın Tarix yazan Qəhrəman Əsgəridir! O Əsgər ki,bizə  müharibədə dik,qürurlu,qorxmaz və fəxrli olmağı öyrətdi. O Əsgər ki,Vətənimizə Zərəf müjdəsi gətirdi. O Əsgərki,Xocalıda fəryad edən Anaların,yetim qalan Balaların qisasını aldı. O Əsgərki,Zəfər yolunun başlanğıcını qoyan,Mübarizlərin,Fəridlərin,Poladların,qisasını aldı. Sonda,Qarabağın mərkəzi olan Şuşamıza,Xankəndimizə Zəfər yolu açdılar.Bununla kifayətlənməyən bu oğullar,Zəngəzurdan Naxcıvana,Dədə Ələsgərin Göyçə mahalına qədər aparacaqlar.Ordumuzun şücaəti,xalqımızın birliyi,Rəbbimizin köməyi ilə 30 illik həsrətə,ən əsası da Xocalı fəryadına son qoyuldu... Yazar:Əhmədova Əfruzə...
·
28 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.