Puan vermedi·120 syf.····Okunma: 21 Ocak 2024 10:03 İndiyə qədər motivasiya mövzulu kitab oxuduğum yadıma düşmür. Bu ilk kitabdır deyə bilərəm. İlk və son. Əvvəla bu cür yazıçıdan bu cür kitab oxumaq başqa bir hissdir deyə düşünürəm. Çünki müəyyən qədər hər birimizdə kompleks etdiyimiz qüsurlar olub, olur. Və bu yazıçımız da albinosdur. Vaxtı ilə onun da özü ilə bağlı kompleksi olub. Əslində albinos insanlar mənim üçün qüsurlu şəxslər sayılmırlar. Yəni mən onları xüsusi bir insan kimi görürəm. Hər nəysə. Mən də ona görə dedim ki, sırf belə birinin qələmindən niyə də oxumayım. Yazıçı kitabda öz həyatına çox da toxunmayıb. Əsasən psixoloji testlər, aldığı müsahibələr, maraqlı faktlar və bəzi şəxslər haqqında məlumatlar yerləşdirib. Ama bilmirəm niyəsə oxuyarkən onun daha çox çətinliklərdən keçdiyini hiss etdim və özümə daha yaxın hiss etdim. Bu arada dediyi məsləhətləri də çox sevdim. Bir çox video da qarşılaşdığım şeyləri təkrar² yazmamışdı. Hə indi niyə sondur dedim, onu deyim. Önyargılı davranmaq istəmirəm, ama mənim üçün motivasiya kitabları bir birinin eynisidir kimi gəlir (sadecə belə düşünürəm, dəqiq demirəm yəni). Necə ki, sosial şəbəkələrdə qarşılaşdığımız bu cür mövzulu videolar olur ya, onlar kimi. Mən özüm 10-cu sinif də aşırı motivasiya videolarına baxırdım. Çünki elə düşünürdüm ki, o videolar sayəsində nələrsə əldə edəcəm və yaxud özümü yaxşı hiss edəcəm. Ama təbii ki, 10dəq'lik təsiri olurdu (hətta daha az) və budur yenə əvvəlki mən olurdum. Daha sonra izləmədim. Çünki artıq fərqinə vardım ki, hamısı bir-birinin eynisidi. Mən isə daha fərqli bi şey axtarırdım. Daha sonra Barış Özcanın motivasiya mövzulu videosunu izlədim və aşırı mənə yaxşı təsir etdi. O videoya baxarkən "aha sonunda o fərqliliyi tapdım" dedim. Hətta playstimdə səsli versiyada da var. Təbii ki, o video sayəsində özümü yaxşı hiss etdim, ama bir müddətlik. Yenə motivasiyam aşağı düşürdü, yenə özümə qapanırdım, nələrinsə öhdəsindən gələ biləcəyimə şübhə edirdim və s. Düzdür arada Barış Özcanın o videosunu baxıb, içimdəki qəhrəmanı oyandırmağa çalışırdım və edirdim də, ama dediyim kimi müddəti az olurdu. 2023-cü ilin sonlarına yaxın artıq özümdə bəzi dəyişiklər hiss etməyə başladım. Artıq əvvəlki mən olmadığımın fərqinə vardım. Yəni artıq hər hansısa hadisənin təsirinə asanlıqla düşmürəm, ümidsizliyə qapılmıram, ən pis günümü yaşasam belə gülümsəyə bilirəm, ətrafı birazda olsa səssizə ala bilmişəm, özümə tam güvənirəm və s. Yəni məni bu vəziyyətə gətirən özüm oldum. Təbii ki, dostlarımın da məni tanıyan şəxslərin də mənim üçün baya çabası oldu, ama öz həyatımızda əsas rolu özümüz oynayırıq da elə deyilmi? Yəni dostlarım nə qədər də mənim üçün çabalasalarda mən addım atmadıqdan sonra o çabaların nəyəsə xeyri dəyəcəkdimi? Ona görə özüm də özüm üçün motivasiya mənbəyi oldum. Hər şeyi addım² etdim. Yəni 1-ci pilləkəndən 10-cu pilləkənə atlamadım. Addım² bu vəziyyətimə çatdım. Yəni demək istəyirəm ki, motivasiya olmaq üçün nə o mövzuda videolar izləməyə nə də kitab oxumağa ehtiyac yoxdur. Çünki həqiqətən bir müddət sonra unudulur. Təsiri keçir. Yəni ən azından bu mənim üçün belədir. Qısacası əziz insanlar, bizi biz edən özümüzük. O cür şeylərə vaxt sərf etmək yerinə, özünüzü sevməyə, hiss etməyə, güvənməyə, kəşf etməyə vaxt ayıra bilərsiniz.
ÇOX UZUN YAZDIM LƏĞNƏT.
Qısacası sizlərə özünüzü daim motivasiya edəcək güc arzulayıram. Sağ olun☆