Əfsanələrə görə qədim zamanlarda "iksir" adlanan sehrli bir içki var imiş. Bu içkini içən şəxslər olduqca qüvvətli, istənilən çətinliyin öhdəsindən gələ bilən birisinə çevrilirmişlər. Bəs bir gün biri sənə desə ki, sən də bu iksirə sahibsən, onda nə edərsən? Mən əminəm ki, sən buna çox sevinərsən. Kim buna sevinməz ki? Gəl indi sənə bir sirr verim. Sən bu iksirə, həqiqətən də, sahibsən. Bundan istifadə et və öz həyatının qəhrəmanına çevril. Bilmək istəyirsən bu iksir haradadır? Bu sənin əlində tutduğun kitabdır. Keçmiş zamanların qəhrəmanları öz iksirlərini içirdilər, ancaq sənin sahib olduğun iksir içməklə deyil, oxumaqla öz təsirini göstərir. Sən də həyat iksirinlə tanış ol. Mən inanıram ki, sən həyatını sənə layiq olacaq şəkildə yaşayacaqsan. Səni yaradan səni sevdi deyə yaratdı, çünki o, həyata yeni nəfəs gətirəcəyinə inanırdı.