Məsihin Qapısı

Philip Le Roy
Tahmini Okuma Süresi:
13 sa. 36 dk.
Sayfa Sayısı:
480
Basım Tarihi:
Ekim 2020
Yayınevi:
Teas Press Nəşriyyatı
Orijinal Adı:
La porte du Messie
ISBN:
9789952310863
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Format:
Karton kapak
Reklam

Yorumlar ve İncelemeler

Gerçeyin peşinde
10/10
·480 syf.··
Beğendi
·
2024 32. kitabı
·
9 günde okudu
·
Okunma: 13 Mayıs 2024 21:02
Məsihin qapısı??? Nədir bu qapının sirri? Ağlınıza bu qapı ilə bağlı nələr gəlir? Beyrutda olan bir qəzada valideynlərini itirən Simon ağlına gətirməzdi ki, sadəcə bir dəfnə gəldikdən sonra bu qədər şeyin üstünü açacaq. Bu qədər zamandır haqqında bildiyi hərşey yalan olacaq və əslində o çox böyük bir məsələnin içinə girmiş olacaq. Simon vaxtıylə daş hasardan hörülən Məsihin qapısından keçəcək və kimlərinsə illərlə insanlara söylədikləri gerçəklərin tam əksiylə rastlaşacaq. Keçmiş Suriya xəritəsini ələ keçirdikdən sonra İslam dini üçün mühüm olan yerlərin əslində sadəcə adiliyini deyil, onların tarixini nəzərdən keçirəcək faktlarla tanış olacaq. Bu qədər irəliləmək əlbəttə, qarşısına insan yığını, onu aradan götürənləri çıxarmalıdır. Ona görə də həryerdə axtarılan Simon və Marküs əslində kim olduğu ortaya çıxarılacaqdır. Da Vinçi Kodunun islami variantı adlandırılan bu əsərdə 32 yaşlı Simonun İslamın yaranması ilə bağlı həqiqətləri, sirləri, gizlədilənləri öyrənməsi təkcə özünə deyil, həmçinin dünya üçün çox böyük məna kəsb edir. Dinlərlə və daha çox gerçəkliklərlə maraqlanan insanlara tövsiyə ediləsi kitabdır... Xoş oxumalar.
Edebiyat
Məsihin QapısıPhilip Le Roy · Teas Press Nəşriyyatı · 202099 okunma
Puan vermedi·480 syf.··
Beğendi
·
2022 7. kitabı
Beyrutda avtomobil qəzasında həlak olmuş valideynlərinin dəfninə gələn Simon ağlına da gətirməzdi ki, onun taleyi uşaqlıqdan İslam dininin müqəddəs kitabı olan Quranla, daha doğrusu, Quranın
Məsihin QapısıPhilip Le Roy · Teas Press Nəşriyyatı · 202099 okunma
Məsihin Qapısı
Puan vermedi·480 syf.··
2024 4. kitabı
·
5 günde okudu
·
Okunma: 27 Şubat 2024 12:05
Məsihin Qapısı: Kitab Da Vinci Kodu'nun İslami variantıdır. Ama Dan Browndan fərqli olaraq kitabda elədə ciddi yox dayaz bir araşdırılma aparıldığının şahidi oldum. Nə ayələri qarşılaşdırıb ciddi bir irad gördüm nə də düzgün süjet xətti, qəhramanımız ailəsinin ölümünü araşdırmaq üçün atasının tanışı olan elm adamları ilə görüşərkən dərhal cinayət barədə ciddi söhbət olmadan salam verib görüşdükdən sonra dərhal Quran'ın tarixi barədə söhbətə girməkləri sıxıntı verdi mənə açıqcası, çox rahat 1 günə bitirilməli kitabdır ama dayaz araşdırılma, obyektivlikdən uzaq (oxuyanda görəcəksiz yazıçının obyektiv baxışı olmadığını) görüşələn adamlarla cinayət barədə ciddi danışıq aparmadan dərhal Quranın tarixi barədə söhbətə girmələri kitabdan məni soyutdu və 5 günə bitirdim. Kitab Da Vincinin İslami variantıdır deyə alıb oxudum və məni qane etmədi. Oxumaq istəyən alıb oxuya bilər ama düşünürəmki daha faydalı ciddi araşdırılma məhsulu kitabları almaq daha məqsədə uyğun olar.
Araştırma-İnceleme
Məsihin QapısıPhilip Le Roy · Teas Press Nəşriyyatı · 202099 okunma
8/10
·480 syf.··
2025 7. kitabı
Özündə dini motivləri əks etdirən, çox maraqlı kitab. İlk öncə kitabın sevmədiyim bir tərəfindən bəhs edəcəm, kitab axırlara doğru çoxlu təkrar təşkil edir. Buda kitabı biraz darıxdırıcı hala gətirir. Amma ümumi şəkildə baxsaq, müəllif oxucunu sürətli templi, tarixi faktlarla zəngin və sirli bir səyahətə çıxarır. Özümü adrenalin dolu filmə baxırmış kimi hiss edirdim. Kitabın sonu heç gözləmədiyim şəkildə bitti. Düzdür, kitabın süjet xəttinə baxdıqda, sakit bir sonluq xəyal etmək olmurdu, lakin bu sonluğu ağlıma gətirməmişdim. Dini və tarixi motivləri sevirsinizsə, oxumanız gərəkən kitabdır.
Aysu Azimova
Aysu Azimova
Məsihin Qapısı
Məsihin Qapısı
Məsihin QapısıPhilip Le Roy · Teas Press Nəşriyyatı · 202099 okunma
10/10
·480 syf.·
2026 1. kitabı
Oxumağa dəyər kitabdır və kitab məni hər zaman həyəcan içində saxladı. Və sonlarına yaxın həqiqətlərin üzə çıxması və Wow dedirdəcək şeylərin olmağı kitabı dahada maraqlı etdi. Spoiler olmasaydı çox şeyi rahat yazardım və bu kitaba ayırdığım vaxtıma dəydi. Kitab məndə var oxumaq istəyən olsa xəbər etsin
Məsihin QapısıPhilip Le Roy · Teas Press Nəşriyyatı · 202099 okunma
Sadəcə vaxt itkisi olduğu üçün yarım buraxdım. Hər kəsə tövsiyyəm boş yerə alıb nə cibinizə nədə vaxtınıza ziyan vurmayin Yazar sadəcə nəsə yazmaq üçün boş boş yazıb, o qədər qopuqıuqlar var idi ki insanı yoran, nəysə boş bir kitab
Məsihin QapısıPhilip Le Roy · Teas Press Nəşriyyatı · 202099 okunma