Kəpənək

Uraqan
Yazar:
Uraqan
Tahmini Okuma Süresi:
2 sa. 43 dk.
Sayfa Sayısı:
96
Basım Tarihi:
2022
Yayınevi:
Xan Nəşriyyatı
ISBN:
9789952557305
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Reklam

Yorumlar ve İncelemeler

8/10
·96 syf.··
2023 2. kitabı
Bir nəfəsə oxuyub bitirə biləcəyiniz bu kitabda həm sevgi həmdə fantastik janra rast gəlirik, kitabda iki gəncin təsir edici sevgisindən bəhs edilir Emin Jaləni həqiqətən də xoşbəxt etmək istəyən onu çoxx sevən bir aşiqdir, əslndə Jalə də Emindən fərqlənmir, sadəcə hisslərini biruzə verə bilmir Jalə onu çox sevən bir aşiqə sahib olsada bir kəpənəyi olmasını arzu edir, onun həsrətini çəkir, Emin isə Jalənin bu arzusunu gerçəkləşdirmək üçün həyatında bir dəfədə olsa kəpənəyə çevrilmək istəyir və bir gün sirli bir qüvvə sayəsində hər ikisinin istəyi yerinə yetir Emin kəpənəyə çevrilir və ilk gedəcəyi yer sevdiyi qızın incə telləri olur Jalə yuxudan ayılıb üzərində bir Kəpənək görən kimi onu tutub saxlayır, onunla söhbətlər etməyə başlayır, Eminin yazdığı şeirlərdən, öz yazdığı qısa hekayələrdən və ən əsası Eminin özünə göstərə bilmədiyi sevgisindən kəpənəyə danışır, onunla birgə sevgilisini gözləyir Jalə kəpənəyi Emin gələnə qədər əsarətdə saxlamaq niyyətindədir, amma bilmir ki Eminin dönməsi üçün kəpənək gəldiyi yol ilə geri dönməlidir Sonu isə tam bir əfsanəə Ən əsası hər iki aşiq bir-birinin dəyərini ölüm döşəyinə düşmədən anlayırlar. Eminin sevgisi Jalənin buza dönmüş ürəyini alovlada bilir Ən əsası isə kitabdakı şəkillər və yazarın şeirləri qəlbimi oxşadıı Bu şeirlərdən ən sevdiyimi irəlidə səsləndirməyidə planladım)) Və cümlələrini ən çox xətlədiyim kitablardan oldu Yazarın qələmindən oxuduğum ilk kitab idi və mən kitabı çoox bəyəndim.
KəpənəkUraqan · Xan Nəşriyyatı · 2022119 okunma
10/10
·96 syf.··
Beğendi
·
2022 21. kitabı
Uraqan-Kəpənək ___ İlk öncə yazıçı Emin Abdullayev'ə imzalı kitabları üçün təşəkkür edirəm. Yaxşı ki, həm Emin bəylə, həm də kitabları ilə tanışma fürsətim oldu. Uğurlarının davamlı olmasını arzu edirəm ___ Uşaqlıqdan bəri ən sevdiyim canlılardan biri Kəpənəkdir. Rəngarəngliyi, zərifliyi ilə hər birimizi valeh edir. Jalə də kəpənəkləri çox sevir, bir kəpənəyinin olmasını arzu edirdi. Sevdiyi qadının bu arzusunu da yerinə gətirmək istəyən Emin, bir günlük də olsa, kəpənək olmağı xəyal edir. Bəs onun bu xəyalı reallaşarsa? Emin kəpənək kimi Jalənin yanına gəlir. Kəpənəyin möhtəşəmliyinə heyran qalan Jalə, Eminin də kəpənəyi görməsi üçün stəkanın içində saxlamağa qərar verir. Amma Jalə bilmir ki, Eminin gəlməsi üçün kəpənəyin getməsi lazımdır... ___ Kitabı əlinizə aldığınız anda 30-40 dəqiqəlik nağıllar aləminə düşəcəksiniz. Eminin sevgisindən əminliyi, incə ruhluluğu, şeir/kitab sevgisi mənim belə ruhuma toxundusa, Jaləni təssəvvür edə bilmirəm. Kitabın içində şeirlər var idi ki, onları da çox uğurlu hesab edirəm. Sonluğu isə məni çox təəccübləndirdi. ___ Gənc yazarlarımızdan belə uğurlu kitabları görmək məni sevindirir. Öz ədəbiyyatımızın davam edə bilməsi üçün qələmi güclü yazarlarımıza ehtiyac var. Emin bəy də bu yolda əmin addımlarla ilərləyir, ümid edirəm növbəti kitablarından da belə ürəklə yaza biləcəm. ___ #laviniabooks #uraqanabdullayev #kəpənək #books #30 #butterfly
Edebiyat
KəpənəkUraqan · Xan Nəşriyyatı · 2022119 okunma

Yazar Hakkında

UraqanYazar · 4 kitap
Emin Abdullayev, daha çox Uraqan təxəllüsü ilə tanınan azərbaycanlı yazıçı, ssenarist və futbol hakimidir. 1997-ci ildə Bakıda idmançı ailəsində anadan olmuşdur. Onun yaradıcılığı, gənc yaşlarından ədəbiyyata olan marağı ilə yanaşı, idman sahəsindəki fəaliyyəti ilə də diqqət çəkir. Uraqan, həyatının müxtəlif sahələrində özünü sınayaraq, özünəməxsus bir yaradıcılıq yolu formalaşdırmışdır. Uraqanın ədəbi yaradıcılığı, daha çox dram, romantik və distopiya janrlarında cəmləşir. O, öz əsərlərində müasir dövrün problemlərini, insan psixologiyasını və cəmiyyətin qaranlıq tərəflərini əks etdirməyə çalışır. Uraqan, həmçinin futbol hakimi kimi də fəaliyyət göstərir, bu da onun həyatının maraqlı və dinamik bir hissəsidir. Futbolun sərt və təmkinli dünyası, onun yaradıcılığına da təsir göstərmiş ola bilər.