Başlıqda qeyd etdiyim kimi, çirkinlik deyil, dərsdir.
Elxan Elatlı yaradıcılığını sevərək oxuyuram. Demək olar ki, bir neçə kitabını çıxmaqla bütün kitablarını oxumuşam. (onları da oxuyacam)
Bu kitabı da dedektiv janr zənn edərək oxuduğum 3cü kitabıdır.)) Keçid edək kitabın təhlilinə.
Real həyatdan romana köçürülən hadisələri-- Bir qızın həyatının əlindən su kimi süzülüb necə axaraq məhv olmasını , sevgi adı altında edilən ağılsız addımları, korkoranə inanmağı oxuyuruq.
Ülkərin ilk öz ağılsızlığı sonradan isə o ağılsızlığından istifadə edib onu şantaj edərək Ülkərin günü gündən solmasına, etmərəm dediyi , qınadığı nə varsa edərək "pozğun qadına " çevrilişini oxuyuruq.
Sakit həyatının pozularaq tamam əksi olan bir həyata keçidi idi ,bəlkə də pozğunluq........ Bu pozğunluğa bir qızı isə özünə kişi deyən bir oğlan vadar etmişdi...... Bu real həyatda da belədir. Təəssüf ki, günahsız bir qızı "tora" salan ,saf sevgi ilə yanaşmaq əvəzinə boş vədlərlə istədiyi rəftarı edərək qızdan istifadə edib sonra onu əxlaqsızlıqla günahlandiran insanla, həyatına daxil edəcəyi qızın saf , təmiz olmasını arzulayan insan eynidir................ ..
Gənclər, oxuyun, oxuyun ki, nəticə çıxarasınız. Sevgi açıq -saçıqlıq deyil, sevgi qıyıb toxuna bilməməkdir...........