Paramneziya

Bəhram Əhməd
Tahmini Okuma Süresi:
4 sa. 54 dk.
Sayfa Sayısı:
173
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Reklam

Yorumlar ve İncelemeler

Paramneziya kitab təhlili
9/10
·173 syf.··
Beğendi
·
2022 2. kitabı
Kitab təhlili: Ümumi olaraq axıcı əsərdi.Obrazlar kitaba muncuq kimi düzülüb sanki.Yazarın yaratdığı obrazlar demək olar ki qüsursuzdu.Necə qüsursuz? Yazarların bir çoxu obraz yaradarkən baş qəhramanı "Polyanna" mənfi obrazı isə tam bir "Şeytan" kimi qələmə alır.Və buda isdər isdəməz oxucunu sıxır,kitabdan soyudur.Ancaq "Paramneziya" da nə xoş ki bu öz əksini tapmayıb.Baş qəhraman olan Nərmində təkəbbürlülük, eqo kimi xususiyyətlərlə rastlaşırıq.Oxuduqca insan zaman-zaman əsəbləşir ki, buda yazarın yaradıcılığının,yaratdığı obrazın gücünü gösdərir.Hələ qələm altı çatdırılan həqiqətlərin möhtəşəmliyinə söz ola bilməz Və o qəlbimi verdiyim sonluq....Çox zaman kitabın bitməsinə 50 səhifə qala artıq sonu təsəvvür etmək olur.Amma bu kitabın sonu o qədər dəyişik oldu ki mənim üçün bitirdikdən sonra ilk 1-2saat lal-dinməz divarla baxışdım.Gözlənilməyən sonluq və qəlbə toxunma.Bax mən buna yazarlıq deyərəm əsl yazarlıq! İmzanı bir başa oxucunun qəlbinə atmaq! Kitab favori kitablarım sırasına alındı Ancaq vəəəə lakinnnnheç bir kitab qüsursuz deyildir.İlk olaraq türk mənşəli sözlər işlənməsi oxucunu yoran şeylərdən biridir.Kitabdakı türk mənşəli sözlər gözümü qanatdı.))) Sevmədiyim bir fikir oldu daha doğrusu bir ifafə)) "Tanrının vicdanı harda idi?" İnsanların Sevdanı günahkar bilməsi Nərmini əsəbləşdirir və deyirki Sevdada görürlər günahı?.Bəs Allah niyə Sevdanın o qədər yalvarışlarını eşitmədi?Tanrının vicdanı harda idi? Həqiqətəndə Sevdada heçmi günah yox idi? Sevda yaşadığı acının yoxsa səbirsizliyinin qurbanı oldu? Məncə səbirsizliyininSəbr etsəydi sizcə də sonu onun isdədiyi kimi olmazmıydı? Bəs Tanrı haqqında belə ağır sözlər yazanda yazıçımızın vicdanı hardaydı?? Ümumi olaraq bəyəndimmmTürk mənşəli sözlərdən 0,5. O ifadədəndə 1 bal kəssəmm 8,5/10
Azərbaycan
ParamneziyaBəhram Əhməd · 048 okunma
6/10
·173 syf.··
Beğendi
·
2024 1. kitabı
·
17 günde okudu
·
Okunma: 17 Nisan 2024 00:00
Həyatınızın bir yalan üzərində qurulduğunu düşünün.Yaşadığınız və sürdürdüyünüz həyatın bir oyundan ibarət olduğunu düşünün."Paramneziya" kitabı məhz belə bir insanın həyat hekayəsindən bəhs edir.Paramneziya xəstəliyindən istifadə olunub həyatı aldadılan bu qəhrəman kimdir? Psixoloq olaraq fəaliyyət göstərən Nərmin əri Nihad və qızıyla birlikdə xoşbəxt həyat sürürdü,ta ki bir gün Nərminin iş yerinə gəlib ondan kömək istəyən qadın həyatlarına girənədək. ️Görəsən,Nərminin ailəsinin xoşbəxtliyinin pozulmasına səbəb nə idi? Bəs "paramneziya xəstəliyi" nədir? Bəzi insanlar real hadisələri unudur və onlarda yalançı xatirələr formalaşmağa başlayır.Bu paramneziya adlanan yaddaş pozuntusudur.Bu xəstəlikdən əziyyət çəkənlər qeyri-iradi olaraq keçmişdə baş verən hadisələri indiki zamanda baş verən hadisələrlə qarışdırır,gerçək hadisələri uydurma hadisələrlə əvəz edirlər. Yazıçı bu xəstəliyi kitabda obraz daxilində ustalıqla əks etdirməyi bacararaq oxuculara təqdim edir.Paramneziya və digər növ psixoloji sahə ilə maraqlananlar da oxuya bilərlər.
1000Kitap
ParamneziyaBəhram Əhməd · 048 okunma