Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Vorkuta Əkizləri

Bəhram Əhməd
9/10
4 Kişi
7
Okunma
3
Beğeni
231
Görüntülenme
Viktor İvanov Moskva şəhərində yaşıyan və burda illərdir işləyən bir polis kapitanıdır. Bir gün özündən rütbəcə yuxarı rəisi ilə mübahisə etdikdən sonra əsəbləri tab gətirməyib , onu üzünə zərbə endirir. Bu hadisədən sonra dərhal onu Nazirliyə çağırıb, qarşısına iki seçim qoyurlar : Ya illərdir xidmət etdiyi bu orqandan istefaya göndəriləcək ya da Rusiyanın ən ucqar , ən soyuq yerlərindən biri olan Vorkuta şəhərində xidmətini davam etdirəcək. Viktor İvanov hər şeyi gözə alaraq , Vorkutaya getməyi seçir. Lakin həyatında ona doğma olan tək insan olan həyat yoldaşı Lenanı özü ilə aparmaq istəmir. Vorkutaya çatdığı gün orda onu Pavel Mixailov adlı bir nəfər polis əməkdaşı qarşılayır. Vorkutada soyuq hava bütün şəhəri əhatəsinə aldığı üçün demək olar ki , burda yaşamaq mümkünsüz idi. Lakin hələdə öz evlərini , şəhərini tərk etməyən insanlar qalmlışdı.Burada xidmət etmək həqiqətən İvanovun düşündüyündən daha çətin olacaq. İvanovun buraya gəldiyi gecə şəhərin imkanlı adamlarından olan Vladimir Volonin meşəliyin qarşısında qətlə yetirilir. Polis rəisi bu qətli araşdırması üçün İvanovu təyin edir. Lakin bir müddət sonra illərdir qətl hadisəsi baş verməyən şəhərdə çox az müddətdə insanlar öldürülməyə başlayır. İvanov bir zaman sonra başa düşürki , onun bura ilk gəldiyi gün hadisənin baş verməsi heçdə təsadüfi deyil. O indi həm qatili həmdə onu bura kimin və nə üçün göndərən adamı tapmalı idi. Birdəki , mütləq qatilin yeni hədəfi olmadan evinə qayıtmalı idi. Çünki , onu evində yoldaşı ilə birlikdə gözləyən başqa biri var idi....
Yazar:
Bəhram Əhməd
Bəhram Əhməd
Tahmini Okuma Süresi: 5 sa. 40 dk.Sayfa Sayısı: 200Basım Tarihi: 2023Yayınevi: Kaspi Nəşriyyatı
Ülke: AzerbaijanDil: AzericeFormat: Karton kapak

Yorumlar ve İncelemeler

Tümünü Gör
200 syf.
·
Puan vermedi
·
18 günde okudu
Salam dostlar!Hər vaxtınız kitab! Bu gün sizə gənc yazar Bəhram Əhməd'in "Vorkuta əkizləri" romanından danışacam. Əsər Moskvada yaşayan bir polisin rəisi ilə mübahisəsi sonrası cəza olaraq Vorkutaya göndərilməsi ilə başlayır. Victor İvanov'un gəlməsiylə şəhərdə qətl hadisəsi baş verir. Və sevimli obrazımız qatili tapmaq üçün əlindən gələni edir)) Kitab kifayət qədər axıcıydı.İlk səhifədən oxucunu özünə bağlamağı bacardı Bu cümləni yazarın "Paramneziya" adlı kitabını təhlil edərkəndə işlətmişdim və yenə demək istəyirəm ki, obrazlar kitaba sanki muncuq kimi düzülüb Diana obrazına heç isinə bilmədiyimi və sevmədiyimi düşünürdüm. Ancaq sonda əslində içdən içə sevdiyimin fərqinə vardım Ən sevdiyim obraz Mixayilov oldu. Xüsusi bir səbəbi olmasada obrazla bağ qurmuş kimi hissedirəm. Qatilin kim olduğunu oxuyanda şok keçirdimAğlıma belə gəlməzdi... gözlənilməz sonluq oldu...Eyniylə Paramneziyadakı kimi.. Baş verən bütün hadisələrin bir birini izləməsi, məntiqə uyğunluq möhtəşəm idi. Amma həmişə dediyim kimi heç bir kitab qüsursuz deyildir)) kitabda hərf səhvləri çoxdu. Bəzi hissələrdə obraz adlarında səhvlik olub.Qısaca redaktəsinə diqqət yetirmək lazım idi.Aydındı ki, bunların hər biri nəşriyatın xətasıdı Ancaq yenədə mövzu və sonluq bu xətaların üstünü örtdü Oxuyun, oxutdurun... Hə bidə Paramneziyanıda oxuyun Qüsursuz kitab yoxdur.. Qüsurlarıyla sevin kitabları. Kitabla qalın, salamat qalın!!
Vorkuta Əkizləri
Vorkuta ƏkizləriBəhram Əhməd · Kaspi Nəşriyyatı · 20237 okunma
Reklam
200 syf.
10/10 puan verdi
Kitab Moskva şəhərində yaşayan və illərdir öz vəzifəsini layiqincə yerinə yetirən Viktor İvanovun özündən rütbəcə yuxarı rəisi ilə mübahisə etməsi və ani qərarla Vorkutaya göndərilməsiylə başlayır.Baş qəhrəman nə qədər öz həyat yoldaşı Lenadan və Moskvadan ayrılmaq istəməsədə,istefa etməyi gözə almır,Vorkutaya yola düşür. Vorkutaya gəldiyi gündən başlayan cinayətlər çox sürətlə dəvam edir.Kitabı oxuyarkən özümü dedektiv kimi hiss etdim desəm yalan olmaz.Kitabın sonlarına yaxın qatilin düşünmədiyim insan olmasına özümdə təccübləndim,çünki əsla o personajı qatil hesab etmirdim,hətta bundan o qədər əmin idim ki. Kitabı bitirdikdən sonra bəzi səyfələrə tekrar göz gezdirdiyim də əslində müəllifin bəzi detaylar ilə bizə qatilin kim olduğunu əvvəldən işarə etməsini sezdim.”Kitab da ən sevdiyin obraz kim oldu?”desəniz heç düşünmədən “Mixailov”deyərdim.Həm xarakteri həm də işinə bağlılığı ilə əsər boyu məni həm özünə heyran etdi,həm güldürdü,həm də ağlatdı...Kitabda elə bir hissə yox idi ki,hadisələr ilə əlaqəsiz olsun.Hadisələr elə detallandırılıb ki,oxuyarkən özmüzü Vorkutada hesab etdim...Mətndə bəzi orfoqrafik səhvlərin olmasına baxmayaraq,ümumən kitab gözlədiyimin üstün də oldu.Sonunu belə gözləmirdim.
Vorkuta Əkizləri
Vorkuta ƏkizləriBəhram Əhməd · Kaspi Nəşriyyatı · 20237 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.