Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Səndən Gözəl Olmasın

Səddam Laçın

Yorumlar ve İncelemeler

Tümünü Gör
112 syf.
10/10 puan verdi
·
5 günde okudu
İncə bir ruhla yazılmış şeirlər toplusu
Səddam Laçın
Səddam Laçın
Bu kitabı oxuya-oxuya bir şeyə diqqət yetirdim ki, bundan sonra çap edəcəyim kitabların sonunda oxucu üçün qeyd yeri buraxmalıyam. Ona görə ki, kitabı oxuyub ürəyi dolan biri olsa ürəyində saxlamasın. Eynilə "Səndən gözəl olmasın"ın ürəyimi doldurduğu kimi. Ona görə kitabın səhifə boşluqlarında ağlımda olanların hamısını bir kənara qeyd etdim. Səddam Laçını oxuyanda Nazim Hikmətin yaşamını görürəm. Ramiz Rövşənin cavanlığını, Nizami Gəncəvinin hikmətini sezirəm. Füzulinin dərinliyini, Müşviqimin aşiq ruhunu hiss edirəm. Deyə bilərsiniz ki, nə çox adamı gördün bu kitabda. Amma Səddam Laçın bu dahilərin hər birinə "Mən səni neynirəm ki?" Deyərək onları bir kənarda qoyub öz sənətini yaradıb. Ona görə mən də öz yazdıqlarımı "Səndən gözəl olmasın" deyərək bir kənara qoyub onun dünyası ilə tanış oldum. Bu dünya eşq və dərinlik dünyasıdır. Sevgi və azadlıq dünyasıdır. Deyə bilərsiniz ki, "eşq" və "sevgi", "dərinlik" və "azadlıq" bir-birinə yaxın məfhumlardır, hətta eynidir. Amma diqqətlə düşünsək görərik ki, bu kitab hər birinin mənası ayrı-ayrılıqda təsvir olunub. Bəziləri bir söz ilə, bəziləri bir cümlə, bəziləri isə tək bir misra və ya bəndlə. Səddam Laçın bu bəndlərdən bir hasar hörərək öz cənnətini yaradıb və ağrılarını "Səndən gözəl olmasın" olaraq şeirlər toplusu kitabında cəmləyib.
Səndən Gözəl Olmasın
Səndən Gözəl OlmasınSəddam Laçın · Qanun Nəşriyyatı · 202312 okunma
Reklam
112 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Sizdən gözəl olmasın,Amma bu kitab çox gözəldi>.<
Bu zamana qədər dəfələrlə oxuduğum ilk kitabdır. O qədər gözəldi ki, şeirlər insan heyran qalır.Hətda özümü narahat hissedəndə təsadüfü bir səhifə açıb oxuyuram və rahatlayıram♡.♡ bir şeiri dəfələrlə oxusamda hər oxuyuşumda ilk dəfə ki kimj ruhumu oxşayır♡.♡ bu kitabın yeri mənim üçün çox ayrıdı♡♡♡ kitaba bağlandım♡.♡ Alınnn oxuyunnn. oxumayan çox şey itirər♡.♡
Səndən Gözəl Olmasın
Səndən Gözəl OlmasınSəddam Laçın · Qanun Nəşriyyatı · 202312 okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.