Uraqan

Uraqan
@UraqanAbdullayev
Hərbidən Qeydlər kitabını oxumaq üçün: __________________________________________ Allahsızlar Şəhəri kitabını oxumaq üçün:
Yazar, Ssenarist
Bakı
Bakı, 20 Eylül 1997
26 kütüphaneci puanı
114 okur puanı
Mayıs 2020 tarihinde katıldı
Şu anda okuduğu kitap
2025 ili üçün 1K-da Ən Çox Oxunan yazıçılarımız: 18.9 min- Elhan Elatlı 10.5 min- Qaraqan 6.5min- Rövşen Abdullaoğlu 4531- Cengiz Abdullayev 4395- Varis 2879- Anar Rızayev 1222- Məsudə Cabbar 984- Elçin 597- Dilşad Talıbova 585- Oar 575- Uraqan 569- Ülviyyə Tahir 554- Ramiz Rövşən 381- Müşfiq Xan 338- Ceyhun Hidayətli 308-
Reklam

Uraqan

, bir kitap okudu
10/10
·144 syf.·
2026 3. kitabı
Elay
8.5/10 · 68 okunma
10/10
·88 syf.··
2026 1. kitabı
Adama elə gəlirdi hər an "20-ci Sahədə" ikinci bir 20 yanvar törədəcəklər. - Orxan Saffari "20-ci sahə" kitabından. Əvvəla onu deyim ki, tənqidlərimi Orxanın özünə bildirdim, bu yazı isə tənqid yox, analiz üçün yazılıb. Hekayələrin analizinə keçməzdən öncə Orxanın özünə bildirdiyim tənqidlərin bir neçəsini sizlərlə bölüşün: Düşünürəm ki, Saffari bu kitabda potensialını tam ortaya qoya bilməyib. Buna baxmayaraq potensialına aid lazım olan qığılcımlar hiss olunurdu. Bir neçə hekayəsini mükəmməl saymaq olar, amma ümumilikdə hekayələrin çoxunda boşluqlar hiss olunurdu. Ümumilikdə desəniz ki, kitabının ən müsbət cəhəti nədir? Çox axıcıdır və təsvirlər zamanı adamı yormur. Lazım olan yerdə lazım olan qədərini təsvir etmək bacarığı müəllifin qabında nəsə var dedirdib. Amma rus sözlərini lazım oldu, olmadı soxuşdurub bəzi hekayələrə. Həmin o bəzi hekayələrdə küçə dili ilə danışarkən rusca sözlər tuturdu, amma hərdən də "obşak", "uje", "tasofka", "parkovka" tipli bu sözlər adamda ikrah hissi oyadırdı. Başqa bir adamı yoran məsələ var idisə, o da söyüşləri yerli yersiz istifadə etməyə çalışması idi. Yəni dilimizdə bu sözlərin qarşılığı varsa niyə işlədəsən ki? "Tak toje" də obrazın yox, müəllifin "slovarında" olan "istoriyalarda" olması "nujeli?" Sualını verdirtdirirdi. ----------------------------------- Başlayaq mənim üçün fərqli saydığım hekayələri analiz etməyə: Kimsəsizlər Qəbiristanlığı Kitabın ən güclü iki hekayəsindən biri idi. Hekayənin ən güclü tərəfi "O, ilk dəfə idi tək yatırdı" cümləsinin keçirdiyi transformasiyadır. Hekayənin əvvəlində: Jurnalist (Orxan) bu cümləni sadəcə oxucu cəlb etmək, bir az da rəhmsiz və soyuq bir peşəkarlıqla reportajına "pafoslu" bir başlıq kimi düşünür. Bu, öldürülmüş bir fahişəyə qarşı kinayəli, bəlkə də bir az mühakiməedici bir
20-ci SahəOrxan Saffari · Qanun Nəşriyyat · 20243 okunma