Uraqan

Uraqan
@UraqanAbdullayev
Hərbidən Qeydlər kitabını oxumaq üçün: __________________________________________ Allahsızlar Şəhəri kitabını oxumaq üçün:
Yazar, Ssenarist
Bakı
Bakı, 20 Eylül 1997
26 kütüphaneci puanı
114 okur puanı
Mayıs 2020 tarihinde katıldı
Şu anda okuduğu kitap
10/10
·88 syf.··
2026 1. kitabı
Adama elə gəlirdi hər an "20-ci Sahədə" ikinci bir 20 yanvar törədəcəklər. - Orxan Saffari "20-ci sahə" kitabından. Əvvəla onu deyim ki, tənqidlərimi Orxanın özünə bildirdim, bu yazı isə tənqid yox, analiz üçün yazılıb. Hekayələrin analizinə keçməzdən öncə Orxanın özünə bildirdiyim tənqidlərin bir neçəsini sizlərlə bölüşün: Düşünürəm ki, Saffari bu kitabda potensialını tam ortaya qoya bilməyib. Buna baxmayaraq potensialına aid lazım olan qığılcımlar hiss olunurdu. Bir neçə hekayəsini mükəmməl saymaq olar, amma ümumilikdə hekayələrin çoxunda boşluqlar hiss olunurdu. Ümumilikdə desəniz ki, kitabının ən müsbət cəhəti nədir? Çox axıcıdır və təsvirlər zamanı adamı yormur. Lazım olan yerdə lazım olan qədərini təsvir etmək bacarığı müəllifin qabında nəsə var dedirdib. Amma rus sözlərini lazım oldu, olmadı soxuşdurub bəzi hekayələrə. Həmin o bəzi hekayələrdə küçə dili ilə danışarkən rusca sözlər tuturdu, amma hərdən də "obşak", "uje", "tasofka", "parkovka" tipli bu sözlər adamda ikrah hissi oyadırdı. Başqa bir adamı yoran məsələ var idisə, o da söyüşləri yerli yersiz istifadə etməyə çalışması idi. Yəni dilimizdə bu sözlərin qarşılığı varsa niyə işlədəsən ki? "Tak toje" də obrazın yox, müəllifin "slovarında" olan "istoriyalarda" olması "nujeli?" Sualını verdirtdirirdi. ----------------------------------- Başlayaq mənim üçün fərqli saydığım hekayələri analiz etməyə: Kimsəsizlər Qəbiristanlığı Kitabın ən güclü iki hekayəsindən biri idi. Hekayənin ən güclü tərəfi "O, ilk dəfə idi tək yatırdı" cümləsinin keçirdiyi transformasiyadır. Hekayənin əvvəlində: Jurnalist (Orxan) bu cümləni sadəcə oxucu cəlb etmək, bir az da rəhmsiz və soyuq bir peşəkarlıqla reportajına "pafoslu" bir başlıq kimi düşünür. Bu, öldürülmüş bir fahişəyə qarşı kinayəli, bəlkə də bir az mühakiməedici bir
20-ci SahəOrxan Saffari · Qanun Nəşriyyat · 20243 okunma
Reklam
10/10
·250 syf.··
2024 119. kitabı
Bu kitabı mən tərcümə etdim. Məsuliyyəti mənim boynumdadır. Lakin bunu yayımlamaqda məqsədim pul qazanmaq, nə də ki, satışa təsir etmək deyildi. Qaraqanın ən yaxın oxucuları üçün, ən əsasl rus dilini bilməyən oxucuları üçün kolleksiyanın ən sonuncu daşını tamamlamaları üçündür. Əgər Qaraqanın bütün kitablarını oxumusunuzsa, bu kitabı da mütləq oxuyun. Yox, əgər ilk seçiminiz bu kitabıdırsa, əlsa başlamayın. Çünki mən bu kitabı içində nə qədər dəyərli fikirlər yazılsa da, təhlükəli olduğunu hesab edirəm. Eksperimental bir əsərdir sanki və insanı yanlış yönləndirə biləcəyindən də şübhələnirəm. Исповедь Одного Извращенца Kitabının tərcüməsi Günahkarın Gizli Etirafı
Edebiyat
Günahkarın Gizli EtirafıQaraqan · 023 okunma
Azərbaycan repi. Azrap
9/10
·160 syf.··
Beğendi
·
2024 99. kitabı
Səid Riad Bu kitabın birinci hissəsində Repin dünyada necə yarandığından, ikinci hissəsində isə Azrepim necə formalaşdığından xronoloji ardıcıllıqla danışıb. Şəxsən mən keyiflə oxudum. Repi sevən insansınızsa kitabı alıb oxuya bilərsiniz. Elşad Xose, Dəyirman, Anar Nağılbaz, Uran və bir çox reperin adı qeyd olunub. Bunlardan ən maraqlı gələni Anar Nağılbazın yaratdığı birlik və daha sonralar Hüseyn Dəryanın bu birliyə qoşulması, ardından onlardan uzaqlaşaraq müharibə elan etməsi mənə çox maraqlı gəldi. Həqiqətən də Hüseyn Dərya özünə tərz yaratmış bir reper olsa da, bir çox reper tərəfindən qəbul edilmirdi. Kitabın sonu isə Qaraqan -ın gəlməsi və Hostun yaranmasl ilə başa çatır. Yazıçı bunu onunla əlaqələndirir ki, 2012-ci ilə qədər olan hadisələr daha bilinməz idi. İstədim ki, bunu gün üzünə çıxarda bilim. 2012-dən sonra baş verənlər isə youtube platforması sayəsində əlçatandır.
Intro Repin TarixiSəid Riad · Başla Kitab · 20185 okunma
10/10
·96 syf.··
Beğendi
·
2024 4. kitabı
Bu kitabı 16 yaşlarımda oxumuşdum. İndi qarşıma çıxdı və qəribı oldum. Elektron oxuduğum bu kitab milli qürur mənbəyimiz olduğunu hələ gənc yaşlarımdan anlamışdım. Həqiqətən də Rəsulzadənin gördüyü işlər əvəzolunmazdır. Öz ölkəsini sevən bu insana olan heyranlığım danılmaz bir gerçəkdir. Sən bizimsən durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan. Mehmet Emin Resulzade
Azərbaycan
Əsrimizin SiyavuşuMehmet Emin Resulzade · Qanun Nəşriyyatı · 2019168 okunma
Köçəri Quşlar
10/10
·73 syf.··
2023 2. kitabı
·
32 saatte okudu
·
Okunma: 23 Mayıs 2023 13:47
Bu kitabı müəllimimin tövsiyyəsi ilə oxudum. İlk öncə aforizm tipli mənsur şeirlər olduğunu düşündüm. Amma oxuduqca oxuduqlarımın bir çoxunu başa düşə bilmirdim. Bəyəndiyim misraların altından xətt çəkirdim ki, 1000kitabda payalaşa bilim. Oxuyub bitirdikdən sonra xətlədiyim cümlələri köçürəndə baxdım ki, səhifə birdə altını qaraladığın misra ilə səhifə 30dakı misra eynilik təşkil edir. Başladım xətlədiklərimi birləşdirməyə. Sonra boşluqlar olduğunu gördükdə kitabı ikinci dəfə təkrar oxudum və yarımçıq qalan boşluqlarımı tamamlaya bildim. Birləşdirə bilmədiklərim olsa da, özüm dərk etdiyim qədərini seçib sujet xəttinə sala bildim. Kitabın möhtəşəm olduğunu ifadə edərək kitabın sujet xəttini sizlərlə bölüşürəm. Növbəti postlarda birləşdirdiyim şeirləri hissə-hissə paylaşacağam. Sujet xətti: (spoiler) Adam gəlib dənizin qırağında oturub sükuta dalır. Başlayır təbiyyətin səsini dinləməyə, küləyin xışıltısını eşidib Ağacların necə yüksəldiyinə tamaşa edir və sevdiyi qadına mahnı bəstələyir. Sonra hava qaralır, Ay ilə günəşin növbələrinin dəyişməsinə diqqət yetirir. Görür qaranlıq olsa da təbiyyət dayanmır. Zəhmətin faydasından danışır və deyir ki, əslində çiçəklər gecə açılır, gündüzlər isə öz gözəlliyinin bəhrəsini görürlər. Səhər açılanda gülə arılar da yaxınlaşır, kəpənəklər də. Ardından təbiyyətin halı ilə insanlığı müqayisə edir. Görür ki, insanlar təbiyyətin gözəlliyinə vurulmaq əvəzinə ondan silahlar hazırlayıb Allah olduqlarını zənn edirlər və təbiyyəti qırmağa başlayırlar.
Şiir
Avare KuşlarRabindranath Tagore · Okyanus Yayınları · 200670 okunma
Reklam