Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Dilşad Talıbova

Dilşad TalıbovaSənə Yazmadım, Səni Yazdım yazarı
Yazar
7.9/10
42 Kişi
229
Okunma
27
Beğeni
4.073
Görüntülenme

Hakkında

Unvan:
Yazar
Doğum:
Azerbaycan

Okurlar

27 okur beğendi.
229 okur okudu.
7 okur okuyor.
72 okur okuyacak.
6 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Mən xoşbəxtliyimi səndə tapmışdım, Elçin.
Xoşbəxt olan mütləq yanındakını da xoşbəxt edir. Və sevginin doğurduğu xoşbəxt anlardan heç biri, sevdiyinin sənin yanında xoşbəxt olduğunu hiss etməkdən üstün deyil.
Mənsə deyərdim, insanın ilk məğlubiyyəti elə ağılla qəlbin mübarizəsidir. Bu, lap vətəndaş müharibəsini xatırladır, hansı tərəfin qalib gəlməyindən asılı olmayaraq, itirən bircə xalq olur.
Reklam
" - Darıxıram". " - Hamı darıxır. Amma bir adama onunçün darıxdığını deyə bilirsənsə, vəziyyət o qədər də acınacaqlı deyil, məncə.
Sayfa 87 - Teas pressKitabı okudu
“Gecəni sənə dua etmədən yatmaz..”
Bir dəfə mənə “Türk şairi Cəmal Sürəyya var, onun belə bir sözü var: “Seni seviyorumdan daha özəl bir cümle var – sana güveniyorum” – dedin. Ən pisi də odur ki, sən öyrətmişdin bunları mənə. İnamını itirmək nə deməkdir, bilirsənmi? – Çox sevdiyin halda getmək deməkdir. Ayrılıq səbəbləri müxtəlif olur. Bəzən insan öz qarmaqarışıq həyatına baxar – onu bu həyata qatmağa qıymaz, ayrılar. Sevgisinin zərrə qədər kimləsə bölüşdüyünü duyub, az sevildiyini düşünüb ayrılar. Gecəni sənə dua etmədən yatmaz, amma bağışlamaz, ayrılar. Səninlə hədsiz-hüdudsuz bir xoşbəxtlik yaşadıq biz.
Sayfa 98
“Başqalarına işıq saçmaq üçün özündə günəş olmalıdır”.
Səni sevdiyimi soruşma məndən, Dünya bir yanadır, sənsə bir yana. Gah küsüb, gah da ki, barışma məndən, Dünya bir yanadır, sənsə bir yana. Sənsiz can neçə kəs ölüb-dirilir, Ay xoşbəxt, kim belə, denən, sevilir? Artıq dost da bilir, tanış da bilir, Dünya bir yanadır, sənsə bir yana. Şükürlər olsun ki, sən tək yarım var, Sən tək sərvətim var, sən tək varım var. Səni tanıyandan tək şüarım var, Dünya bir yanadır, sənsə bir yana. Sevincim də sənsən, qəmim də sənsən, Ən xoşbəxt günümün səbəbi də sən. Ürəyimə girsən özün görərsən, Dünya bir yanadır, sənsə bir yana. Hələ şübhələr var sənin sözündə, Eşqim ucalacaq bir gün gözündə. Mənə deyəcəksən vallah özün də: Dünya bir yanadır, sənsə bir yana.💛🫠
Sənə Yazmadım, Səni Yazdım
Sənə Yazmadım, Səni Yazdım
•Səni yazdım
Ən yaxşı kitab qəlbini vərəqləyən kitabdır. Oxuduğum ən gözəl kitablardan birisən. Oxuyarkən bütün duyğuları, yaşadım. Özəl və gözəl kitab, yaxşı ki, oxumuşam💫📚
Sənə Yazmadım, Səni Yazdım
Sənə Yazmadım, Səni Yazdım
Reklam
Təkadamlıq idimi bu şəhər, sən gedincə bomboş qaldı?!
Sənə Yazmadım, Səni Yazdım
Sənə Yazmadım, Səni Yazdım

Yorumlar ve İncelemeler

Tümünü Gör
192 syf.
·
Puan vermedi
·
3 günde okudu
Kitab 192 səhifədan ibarət olsada,hadisələr mənə çox uzun gəldi.İki gündür oxuyub qurtara bilmirdim, nəhayət bu gün dayanmadan oxuyub bitirdim.Hadisələr bir birinin ardınca tez bir sürətdə baş verdiyi üçün axıcı olsa da,oxuyarkən yoruldum:( Kitab iki gəncin sevgisindən bəhs edir. Hərşey Atabəyin,Səmragilin sinfinə gəlməsi ilə başlayır.Öncədən bir
Sənə Yazmadım, Səni Yazdım
Sənə Yazmadım, Səni YazdımDilşad Talıbova · Qanun Nəşriyyatı · 201697 okunma
224 syf.
·
Puan vermedi
·
13 saatte okudu
Səndən qalan noyabr..
Təsadüfən əlimə keçmiş bu kitabı təxminən 12-13 saata bitirdim. Kitab axıcı, sadə dildə yazılmışdır. Ümumi mövzu marağlı idi. Bəzən düzgün qərar verə bilməmək, bəzən valideyn müdaxiləsi, bəzən isə nə istediyini bilməmək, insanın həyat boyu yaşantısına təsir edir.
Səndən Qalan Noyabr
Səndən Qalan NoyabrDilşad Talıbova · Qanun Nəşriyyat · 056 okunma
160 syf.
·
Puan vermedi
·
18 günde okudu
Real həyatdan, bir sanitarın gündəliyindən ...
Uydurulma olduğunu bildiyim romanları oxuyanda nələrisə düşünmürdüm. Real həyatdan yazılmış bu kitab isə sanitarın hər bir xatirəsini mənim də özümü onun yerinə qoyaraq düşünməyimə , keçirtdiyi hissləri keçirməyimə səbəb oldu. Şanslı idi Fatimə.....çünki gözəl sevilirdi. Şanssız idi çünki kitabdan öyrənəcəkdi necə sevildiyini... Görəsən, oxudumu Fatimə bu kitabı, oxudusa hansı hisslərin ağuşunda itdi.....?! Həqiqəti öyrəndimi, bükük boynu dikləşdimi?! Kitab , sanitarın Fatiməyə olan hissləri ilə başlayıb 44 günlük müharibədə iştirak etməsi və başına gələnləri, yoldaşları ilə olan dialoqlarını, müharibədəki gedişatı yazması ilə davam edir. Sonuna doğru "davam etməyə çalışır". ...... Kitabı oxuyan zaman bir oğlanın gözəl sevməsinə valeh olarkən sonradan geridə dayanmasına ürəyiniz yanacaq..... Oxuduqca bəzən qınayacaq bəzən haqq qazandıracaqsız..... Amma sonluğa doğru boşluğa düşəcəksiniz... Və qalan səhifələr maraqsızlaşaraq sizi dərin suallarla tək qoyacaq. Xoş mütaliələr...♡
Sanitar
SanitarDilşad Talıbova · Qanun Nəşriyyatı · 018 okunma