Gönderi

☆Eckhart Tolle •Şimdi'nin Gücü
10/10
·248 syf.··
Beğendi
·
2024 2. kitabı
·
8 günde okudu
·
Okunma: 15 Ocak 2024 00:00
Bir ay içində və ya illər sonrasında nələr olacaq deyə düşünməməyi öyrənməliyik. Önəmli olan bu günü diqqət mərkəzində saxlamağımız və yaşadığımız bu günün 24 saatını mümkün qədər dolu keçirdə bilməyimizdir. Dünənin peşmançılığının və ya sabahın ümidinin bizə bu günü yaşamağı unutdurmasına icazə verməməliyik. Nə də olsa dünəni geri qaytara bilmərik , sabahı isə yaşayıb ~ yaşamayacağımız bəlli deyil . Saat zamanı ilə psixaloji zaman arasındakı incə çizgini gözdən qaçırtmamalıyıq. Aradakı fərq nədir deyə sual yarana bilər: Hər kəsin qarşısına qoyubda çatmağı arzuladığı məqsədləri olur. Hansı ki, biz onları saatlara , günlərə görə planlayarıq və davamlı öhtəliklərimizi yerinə yetirəriksə uğur əldə etmiş olarıq 《 bu bizim saat zamanımızdır》 . Lakin, bəzi hədəflərimiz olar ki, onunçün həddindən artıq zaman ayırar, enerji sərf edərik . Həyatımızın mərkəzinə qoyar və digər hədəflərimizi, günlük yaşam şərtlərimizi göz ardı edərik. Qısaca sevincli vaxtlarımızda sevinməyi, hüzünlü vaxtlarımızda üzülməyi unudarıq. Beləcə fərqində olmadan saat zamanımızı gələcəkdən asılı psixaloji zamana çevirmiş olarıq. Şimdi'nin Gücü Eckhart Tolle
Kişisel Gelişim
Şimdi'nin GücüEckhart Tolle · Akaşa Yayınları · 20014,127 okunma
·
48 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.