10/10
·286 syf.··
2024 8. kitabı
·
8 günde okudu
·
Okunma: 21 Ocak 2024 02:12
“Bu kitap zayıf ya da ruhu kırılgan olanlara uygun değildir. Peri masallarına ya da iyiliğin gücüne inanmayanlara da. Bu kitap sadece, kötülüğü her türlü suretinin doğrudan gözlerinin içine bakabilen, senin gibi cesur ve korkusuz ruhlar içindir.” Öncə kitab yazılıb, sonra film çəkilməsinə alışmışıq, amma Pan'ın labirenti digərlərindən fərqli olaraq ilk öncə filmi çəkilib(2006), daha sonra kitabı(2009)yazılıb. Hər ikisini çox bəyəndim. İlk öncə kitabını oxuyub, sonra filmini izlədim, o qədər də fərqlər yoxdu, amma təbii ki, bəzi hissləri daha yaxşı anlamaq üçün kitabı oxumaq yaxşıdı. Kitabın dizaynı, filmdə olan aktyorlar çox yaxşı idi. Kitab/film İspaniya iç savaşından sonra meşədə, dağlarda yaşayan insanların hələ də savaşı davam etdirməsini, Ofeilanın hekayəsini anladır. Atası və anası dərzi olan Ofeila atasını itirdikdən sonra anası (Carmen) evlənir və mütləq oğlan uşağı olması gərəkdiyini və öz yanında dünyaya gəlməsini istəyən Vidalın(filmdə Mercedesin ona etdiklərini görüb, çox sevindim) evinə köçürlər. Vidal oğlu üçün İspaniyanı təmiz bir hala salmaq istəyir, digər insanları düşünmədiyi,onları öldürdüyü, sırf digər əli ilə salamlaşdığı üçün kiçik bir qızın qəlbini qırdığı halda... Amma Carmenin vəziyyəti getdikdə ağırlaşır. Ofeilada bütün bunlardan qaçmaq üçün öz xəyal dünyasına qaçır. (Yo, hər şey çox gerçək idi). Yaşadığı yerdə bir labirent var və ora Panın labirentidir. Rəvayətə görə bir prenses ölür və atası başqa bir zamanda,başqa bir bədəndə yenidən canlanacağını deyir, ki, o da Ofeila imiş. Pan Ofeilanın yenidən yeraltı krallığına gedə bilməsi üçün 3 görev verir. Çarəsiz olan Ofeila da onun dediklərinin hamısını etməyə məcbur olur. Çünki hələ də bir şeylərin yaxşı olacağına ümidi var. Bunlardan biri açarı tapmaq olur. İkinci getdiyi yerdə çoxlu meyvə və yeməklər olur, görevini yerinə yetirərkən onların heç birindən yeməməlidir. Amma Ofelia dayana bilməyib yeyir. (Tanıdık) Pan isə ona əsəbiləşir, amma daha sonra yeni bir şans daha verir, amma hər şey daha da pis hal alır... Tək istəyi anası ilə birlikdə xoşbəxt ola bilməsi və ögey belə olsa qardaşını xilas etmək idi. Anası ona demişdi axı “Yakında hayatın peri masallarındaki gibi olmadığını anlayacaksın.” amma hər şey evlənmək ilə həll olacaqdı Carmen? Ofelia zatən hər şeyi anlayırdı, üstəsindən də gələ bilərdi, amma fərqli şəkildə oldu. Kitabları ilə birlikdə yaxşı ola bilərdi bəlkə də amma bir tərəfdən sonlarda Pan'a da sinir oldum... Sonda biraz ümidləndim ya elə olmadısa deyə amma gerçəklər həmişə acı idi bunu unutmuşdum bir anlıq. Hələ filmdə Vidalın Ofelianı tək gördüyü səhnə... Kaş ki, həyat peri masallarındakı kimi olsaydı deməyəcəm Ofelia, amma öz xəyal dünyanda bir prenses olaraq, ümid edirəm ki, xoşbəxt olacaqsan. Sən çox cəsarətli və düşüncəlisən...savaş dönəmində dünyaya gəlib, o qədər çətinliklərə dözmək məcburiyyətində qalsan da. "Nereye bakması ve nasıl dinlemesi gerektiğini bilenlerin sayısı her daim azdır. Doğru. Fakat en iyi hikâyeler için o azınlık yeter." Filmi təzə izləyib bitirdiyim üçün təsirindəyəm, bəlkə də bir müddət sonra yazdıqlarımı oxuduqda (hələ heç nə yazmamışam) artıq yazmış kimi hiss edəcəm, amma həmişə çox sevdiyim kitab, film arasında yer alacaq☆
Pan’ın LabirentiGuillermo del Toro · Epsilon Yayınları · 2021562 okunma
·
132 Gösterim
3 Yorum
Lütfen giriş yapınız.
Babayeva Nurgül
Gönderi Sahibi
Bu arada filmin orjinal adı El Labirento del Fauno-dur. The original Spanish title refers to the mythological fauns of Roman mythology, while the English title refers specifically to the faun-like Greek god Pan (intended to help English-speakers differentiate the title from the term fawn). However, Del Toro has stated that the faun in the movie is not Pan. (Orijinal İspan başlığı Roma mifologiyasının mifoloji faunlarına aiddir, İngilis adı isə xüsusi olaraq fauna bənzər yunan tanrısı Pana aiddir (ingilisdillilərə başlığı fawn terminindən fərqləndirmək üçün nəzərdə tutulmuşdur). Bununla belə, Del Toro filmdəki faunun Pan olmadığını bildirdi.
Babayeva Nurgül
Gönderi Sahibi
Ferreira #230751046 Pedro #230793007 Mercedes #230886426 Tarta #230748926 sizi də unutmayacam
Babayeva Nurgül
Gönderi Sahibi
Film və kitab çox təsirli olması yetməzmiş kimi musiqisi də çox qəşəngdi youtu.be/LT_Cfii5QbQ?si=...