Puan vermedi·424 syf.····Okunma: 24 Ocak 2024 00:00 Deməli, dünən gecə çox gec saatda bitirdiyimə görə kitabı review yaza bilmədim. Həm də fikirlərimi toplamaq istəyirdim. Gülseren Budayıcıoğlu oxumağın həm mənfi, həm də müsbət tərəfləri var. Müsbət tərəfləri odur ki, kitab axıcıdır, hekayələri insanı içinə çəkir, qopmaq istəmirsən. Arada xəstələr haqqında qoyulan diaqnozlar, onların psixoloji vəziyyətləri haqqında danışıb açıqlama verməyi məndə çox vaxt yaşıl işıq yandırıb. Bu feedbackləri öz həyatıma da daxil edib “demək, filankəs də filan şeyə görə belə edir,” ya da “bəlkə məndə də bu durumdur?” dediyim çox olub. Bir sözlə, psixologiyanı sevirəm, insan beyni, ruhu, duyğuları haqqında deyilən hər bir fikir məni çox həyəcanlandırır. Mənfi tərəflərinə gəldikdə isə) Əslində ümumi hamı tərəfindən deyilən fikirlər bir qırağa, mən sırf bu kitabın sevmədiyim tərəfləri haqqında danışacağam. Özəlliklə sonluğu haqqında.
SPOILER
Yuxarıda yazmışam, bu hekayədə yanan Ali oldu. Dünəndən bəri özümü sakitləşdirməyə çalışıram. Bu boyda hadisə oldu, bu boyda çətinlik çək, bu qədər dillərə dastan bir eşq yaşayırsan, sonra heç nədən - sözün əsl mənasında heç nədən ölürsən? Və sevdiyini də sənin ən yaxın dostun əldə edir. O qədər pis oldum ki Alinin taleyinə. Düşünəndə ki, bu həqiqətən yaşanılmış bir talehdir, ümumiyyətlə pis oluram. Kitabda bir çox ölüm hadisələri baş verdi, heç biri üçün “bu nə saçma bir hadisəydi” demədim. Alidən başqa. Bir digər nüans, çox adam tərəfindən deyilib, amma məni də narahat etdiyi üçün qeyd edəcəm. Personajların dili ilə Gülseren xanımın bi qədər təriflənməyi bir müddət sonra illallah gətirdir mənə. Bir yerdən sonra deyirəm, “Tamam ulan, ən böyük sənsən, bəsdir daha.” Bir də, nə zaman bir Budayıcıoğlu kitabı oxusam ürəyim dəhşətli dərəcədə sıxılır. Bu kitab oxuduğum digər kitablara nisbətən daha yüngül idi, amma yenə də mütləq şəkildə bu yazıçının kitablarından sonra araya başqa janrda bir şeylər əlavə edirəm və uzun bir müddət Budayıcıoğlu oxumuram ki, o depressiv havadan çıxım. Nəysə işte, gedib bir az Ali üçün ağlayacağam.