Gönderi

9/10
·282 syf.··
2024 3. kitabı
·
9 günde okudu
·
Okunma: 24 Ocak 2024 23:02
Kitaba bilmədim 8 ya 9 bal verim, əsl 8.5 lik idi) (son vaxtlar da kitabların hamısına 10 bal verməmək üçün çalışıram bal aralığımı daha aşağı çəkəm) Aziza GasimovaAziza Gasimova ablama da burdan teşekkürler #dosthesabınaoxuyuruq Qəribə haldı ki ardıcıl olaraq, "kəpənək" effektini, başqa sözlə, etdiyimiz hər bir dəyişikliyin, hərəkətin dünyada hansı izlər qoyduğunu anladan kitablar oxuyuram, "Ağlasığmaz" , "11/22/63" və hazırki əsər. İlk bal qırdığım tərəfini deyim keçsin: Roman ümidsiz, həyatdan heç bir gözləntisini ala bilməmiş, öz istəklərinə görə həyatını yaşaya bilməmiş və özünü öldürmək dərəcəsinə çatmış bir qızdan bəhs edir və mən onun hissləri ilə oxucu olaraq əlaqə qura bilmədim. Çünki eyni halda hiss etmirəm özümü, bəlkə depressiyada olsaydım daha çox təsir edərdi. Amma yenə də empatiya qurmağa çalışdım, başlarda quru gələn hisslər, peşmanlıqlar kitab irəlilədikcə daha da aydınlandı, insanın içinə işləməyə başladı. Əsər özünü öldürməyə qərar vermiş qızın ölmədən öncə beyninin onu göndərdiyi Gecə yarısı kitabxanası haqqındadır. Burada yaşamadığı, amma paralel dünyalarda mövcud olan sonsuz həyatlarını yoxlamaq şansı qazanır. Yaşamağın anlamına dair çox gözəl kitabdır. Spoilerə çox girmir amma istəməsəz oxumayın:) Kitabın sonunda belə bir hissə var: "Pişmanlık duymak ve sonsuza, zamanımız doluncaya kadar duymaya devam etmek çok kolay. Ama esas sorun yaşamadığımız için pişmanlık duyduğumuz hayatlar değil. Sorun pişmanlığın ta kendisi." Burada özümün yaşadığım bir an ağlıma gəldi və onun təsiri ilə yazdığım qısa bir mətn, dayandım öz-özümə düşündüm həqiqətən) Həmin mətn(o vaxt vpda görməyənlərçün: evet, sırf mətni paylaşmaqçün bu hissəni yazdım zad djdj) Güvənsizlik...yetərsizlik... qarşılaşdığın situasiyada fələk iplərinin əlində olmaması, gələcəyinin divarları sən tərəfdən inşa edilmədikdə hiss etdiyin duyğu... insanı sözsüz qoyan, küncə sıxan, potensialını gözlər önünə sərməkdən aciz qılan qorxu. Kaş ki, olmazdı, cəsurluqla qaynayardı içimiz. Kaş ki, edə bilərdik, nə deyirsə beynimiz və qəlbimiz. O gözəl, arzuladığımız gələcəyə çatmaq üçün risklər alardıq, axı həyata bircə dəfə gəlirik, həyatın hər anını bir dəfə yaşayırıq, qərarların sənin əlində olmasından doyunca zövq almağın nəyi yanlışdır?! Tək yöndə - geriyə - gedən axından ayrılmaq, həyatına rəng qatmaq, fəxarət hissi ilə sinəni qabardıb hər şeyə nail olduğunu düşünmək, peşmanlıqlara yol verməmək, necə gözəl səslənir elə deyil? Artıq qorxunu geridə buraxıb, cəsarəti seçəcəyinə əminsən? O zaman davam edək Ətrafında cəsur insan nümunələri görmüsən? Hansi ki, haqqında "o qorxaq deyil, bunu edəcək" , "onu tanımırsan? Yüz faiz deyəcək" deyə bəhs edilən insanlar. Bir dəqiqə... az öncə cəsur insanın nə edəcəyinimi dedim, necə davranacağını öncədənmi anladım, bu rəngli həyatı necə tək qəlibə sığışdıra bildim? Anladınmı nə demək istədiyimi? Gəl bir az da dərinə enək. Risklər nədir? Qorxu axınından çıxıb, qərarlarını qəbul etmək. Bəs risklərin özünə də axın kimi baxsaq necə? Hara apardığını bilirsənmi? Həyatın cilovunun əlində olması buna deyirsən? Sonunun pis, ya da yaxşı olduğunu bilmədiyin iplər - fələk ipləri.  Qorxu və cəsurluq sadəcə vasitədir, hər ikisi öncədən təxminolunandır. Qorxu olmazsa, qərarlar cəsurluq, cəsurluq olmazsa, qorxu yönündə axar. Bəlkə də ilk başda cəsur olmağı seçdin, amma bil ki, cəsurluğun müsbət tərəfləri olaraq bəhs etdiyim heç bir şeyə qorxu olmadan nail ola bilməzsən. Ona görə də qorxunu yaratdım, çünki beyin nəticəsini bilmədiyi riskləri almaqdansa, sonunu gördüyü, sadəcə geri çəkilməyini əmr edən yolu seçər. Qərar isə bunların balansıdır. Ona görə qorxarkən çarəsiz olduğunu düşünmə, qarşında olan şansların nə qədər çox olduğunun fərqinə var və zövq al...
Gece Yarısı KütüphanesiMatt Haig · Domingo Yayınevi · 202598bin okunma
·
93 Gösterim
1 Yorum
Ayakta alkışlıyorum👏 yaxşı ki, verdim sene bu kitabı. Kendime afferin😅 iyi seçmişim
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.