Gönderi

Medine Aliyeva "Sensiz"
Bir gün də ömrümdən beləcə keçdi sənsiz Mən indi hər gün damla-damla ölürəm sənsiz Bu şəhər sən varikən bir şeirdi, yoxdu mənası sənsiz Xəyallarımı da göz yaşlarım yuyub apardı sənsiz... Daha soraq gətirmir səndən dəli küləklər Sanki zülmətə bürünüb bütün şəhər, bütün küçələr Sahili də boş görüb çırpındı dəniz sənsiz Lal olub indi sevincim ağlamır, gülmür sənsiz... Gecələr seyrə çıxıb dağ dərəni sorağınla Qalıram baş-başa mən hey fikrinlə, xəyalınla Həsrətindən könül evim yanar odlara sənsiz Parçalanar dərdli könül, parçalanar yenə sənsiz... Dözməyib həsrətinə hər gecə fəryad edərəm Ömrümü bil ki, senin yoluna qurban edərəm Tapmaram mən səadət bil ki, dünyada sənsiz Ulduzlu göylərə mən bir daha baxmaram sənsiz... Sənsiz çiçəklər açmasın, axar sular dayansın Ruhum tərk etsin məni, səmalara ucalsın Ömrümə gəlməsin bahar, doğmasın günəş sənsiz Dönməsin dünya daha, dayansın heyat sənsiz...
·
26 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.