Bu ilin ilk oxuduğum kitabı İradə xanımın ilk kitabı Əfşan oldu Əfşanİradə Qədirova Kitab bir səyyahın gündəliyi kimidir. Tarix kitablarında İrandan söz açılanda Təbriz, İsfahan , Tehran, Qum kimi şəhərlər həmişə mənə maraqlı gəlirdi. Kitabı oxuduqca mən də sanki İradə xanımla oraları gəzir eyni duyğuları bölüşürdüm. Kitab çox axıcı davam edirdi. Bitirdiyimə təsüflənirəm. Ehtimal ki yenidən oxuyacam. Öz səyahətini bu qədər gözəl sözlərə cümlələrə tökmək böyük ustalıq gərəkdirir. Məncə bu yazarda alınıb. Gözümün önündə o Gülab festivalı canlandı, güllərin qoxusu burnuma gəldi. Kitab haqda müxtəsər danışacam. Deməklə deyil gərək özünüz oxuyasız. Mən çox sevərək oxudum sizə də xoş mütaliələr
Əfşanİradə Qədirova · Qanun Nəşriyyatı · 202217 okunma