Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

İradə Qədirova

İradə QədirovaEşqin İzi İlə yazarı
Yazar
0.0/10
0 Kişi
15
Okunma
3
Beğeni
202
Görüntülenme

Hakkında

Unvan:
Yazar

Okurlar

3 okur beğendi.
15 okur okudu.
1 okur okuyor.
7 okur okuyacak.
2 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Burada əsas məsələ sizi incidən insanların bağışlanmasını diləməkdən ibadətdir. Allah qayıdıb deyər ki, bu bəndəm onu incidən insanın bağışlanmasını bu qədər diləyirsə, bəs Mən niyə onun günahlarını bağışlamayım? Məgər ruhun sevinci də o bağışlanmanı istədiyimiz anda gəlməyə başlamırmı?
Sayfa 246Kitabı okudu
Bir işin içində işıq varsa, o çox rahat və maneəsiz baş tutacaq. İlkin maneələr artıq siqnal, digərləri isə işarədir. Lakin çox zaman o qədər hikkəli və gözübağlı oluruq ki, bizə ötürülən mesajı başa düşməkdə çətinlik çəkirik. Hər dəfə eyni dərsi alsaq da, təəsüf ki, bir çox istəklərimiz önündə dirənişimiz bizi yalnız və yalnız geri salır. Güvənmək lazımdır - bizim üçün bizim iştirakımız olmadan hər şeyin ən gözəlini və ən gözlənilməzini ərsəyə gətirənə...
Sayfa 15 - Mimta yayınlarıKitabı okudu
Reklam
Həyatda ən çətin şey də məhz özünlə, ələlxüsus acı xatirəlǝrinlə bağlı olan yerlərlə üzləşməkdir. Buna doğru bir addım belǝ atmaq bəzən çox böyük güc və cəsarət tələb edir. Lakin bacardınsa, demək, çox şeyi bağışlamış, yaralarını sarımış və daxilində yeni bir pilləyə qalxmısan.
Şəhər dediyin səni tarixi keçmişə aparmalı, təsəvvürünü genişləndirməli, səni əsrlər üzrə səyahət etdirməli və yenidən özünə qaytarmalıdır
Bəli, Allah bizi bizdən yaxşı tanıyır və hansı zaman nəyin daha gərəkli olduğunu daha gözəl bilir. Kaş ki, işlərimiz tərs getdiyi vaxt bu həqiqəti ta başdan bilə bilsək. Çünki elə daxili huzur bu həqiqətdir!
Sayfa 153Kitabı okudu
Henüz kayıt yok

Yorumlar ve İncelemeler

Tümünü Gör
Reklam
192 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 günde okudu
Bu ilin ilk oxuduğum kitabı İradə xanımın ilk kitabı Əfşan oldu
Əfşan
Əfşan
İradə Qədirova
İradə Qədirova
Kitab bir səyyahın gündəliyi kimidir. Tarix kitablarında İrandan söz açılanda Təbriz, İsfahan , Tehran, Qum kimi şəhərlər həmişə mənə maraqlı gəlirdi. Kitabı oxuduqca mən də sanki İradə xanımla oraları gəzir eyni duyğuları bölüşürdüm. Kitab çox axıcı davam edirdi. Bitirdiyimə təsüflənirəm. Ehtimal ki yenidən oxuyacam. Öz səyahətini bu qədər gözəl sözlərə cümlələrə tökmək böyük ustalıq gərəkdirir. Məncə bu yazarda alınıb. Gözümün önündə o Gülab festivalı canlandı, güllərin qoxusu burnuma gəldi. Kitab haqda müxtəsər danışacam. Deməklə deyil gərək özünüz oxuyasız. Mən çox sevərək oxudum sizə də xoş mütaliələr
Əfşan
Əfşanİradə Qədirova · Qanun Nəşriyyatı · 20227 okunma
192 syf.
10/10 puan verdi
·
Beğendi
"Karvanların, qəriblərin, səyyahların, burada öz suallarına cavab axtaranların coğrafiyasıdır İran. Nə farsdır, nə türkdür, nə bəlucdur, nə bəxtiyardır, nə şahsevəndir, nə qaşqaydır. Bu coğrafiya onların hamısınındır. Sevgi ilə gəlib sevgi ilə hamısını qəbullanmaq lazımdır" Tövsiyəm, kitabı oxuyarkən siyasəti kənara qoyun. İradə xanım
Əfşan
Əfşanİradə Qədirova · Qanun Nəşriyyatı · 20227 okunma
272 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
"Dünya duracaq yer deyil, ey can, səfər eylə! Aldanma anın alına, andan həzər eylə!" İradə xanımın qələmindən oxuduğum ikinci əsərdi Nə yaxşı ki, oxudum Bu kitabda yazıçının Hatay, Qaziantep, Şanlıurfa, Mardin, İstanbul, Bursa, İran, Məşhəd, Pakistan, Özbəkistan, Səmərqənd, Malayziya, İordaniya, Ərəbistan səfərlərini oxuyacaqsınız və
Eşqin İzi İlə
Eşqin İzi İləİradə Qədirova · Mimta Yayımları · 20238 okunma