Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Sarıköynəyin gözəl olduğunu bilirdim. Bəlkə bunu hamıdan çox hiss edirdim. Ancaq bu gün işdən sonra aşxanada oturub nahar elədiyimiz zaman mənə elə gəlirdi ki, bu gözəlliyi ilk dəfədir bu qədər aydın görüb duyuram. İlk dəfədir ki, o məni bu qədər valeh edir. Elə bil ki, onun qapqara gözlərinin dərinliklərində mənə məlum olmayan bir aləm var idi. O gülümsəyib soruşdu: - Nə olub? Mənə elə baxırsan ki, elə bil, birinci dəfədi görürsən. - Fikirləşirəm ki, görəsən, necə olub ki, bu qədər gözəl qız məni istəyib?
·
1 artı 1'leme
·
70 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.