Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Gedərəm...
Sözündən qan damar yanaqlarıma, Utana-utana çıxıb gedərəm. Bir kimsə ovutmaz, oxşamaz məni, Gözümü qəlbimə sıxıb gedərəm. Gülər xısın-xısın yağışlı küçə, Şimşəklər götürər hoydu-hoyduya. Yağışın altında qalaram yalqız, Ay-hay, bu adamlar məni duydu ha... Heç də ağıllanmaz sərsəri yağış, Elə bu könlüm də onun tayıdı. Gözümdən axsa da sevgi yaşları, Hamı elə bilir yağış suyudu. Bulud aman verməz gözüm açıla, Göyün insafından əlim üzülər. İslana bilərəm belə yağışda, Həyatım boyunca suyum süzülər. Oxuya bilmərəm sevgi nəğməmi, Səsimi içimə yığıb gedərəm. Elə hey bir ucdan yağar bu yağış, İslana-islana çıxıb gedərəm...
Ejder Ol
Ejder Ol
··
107 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.