Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

352 syf.
8/10 puan verdi
·
3 günde okudu
Bu kitabı oxuduğunuz zaman müharibənin həyatları necə məhv etdiyini, xəbərimiz belə olmadan insanların hansı qurbanlar verdiyini görürsüz. Bir oxunuşda oturub bitiriləcək kitablardan deyil çünkü oxuduqca, o əziyyətləri gördükcə bəzən heç nə etmədən sadəcə durub divara baxmaq istəyirsən. Dilə asan gəlir insanları “qaçqın” deyib damğalamaq. Amma onların çəkdiyi əziyyətlər, artıq “ev” dedikləri yerlərinin olmaması, daima yarım qalmış həyatlarını oxuduqca qınamağın necə də asan olduğunu görürsən. Kitab Suriyadan olan Nuri və Afra İbrahim adlı cütlüyün müharibədən, itkilərdən qaçıb İngiltərədəki onlardan öncə qaçıb canını qurtara bilmiş qohumları Mustafanın yanına getmək hekayələrindən bəhs edir. Baxmayaraq ki onların pulu və pasportları var yenə də ağılalmaz çətinliklərlə üzləşirlər. Pulsuz və pasportsuz insanların başına nələr gəldiyini düşünmək isə çox çətindir. Kitab sizə çox təsir edəcək. Amma gözlərimizi yumub başımızı çevirməklə də olmur. Bəzən bilmək lazımdır. Neçə neçə həyatların siyasət qurbanı olduğunu bilmək lazımdır. Kaş ki müharibələr, aclıq, səfalət olmaza, kaş ki insanlar bu qədər böyük qurbanlar vermək məcburiyyətində qalmasa. Bütün bunlar kaşkilərdə qalır. Daima hüzur və kitabla qalın.
Halep Arıcısı
Halep ArıcısıChristy Lefteri · Pena Yayınları · 202058 okunma
9 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.