Gönderi

Bu sevgidən sən qorxursan, eybi yox, Mən sevərəm ikimizin yerinə. Bu eşq üçün bir gün dara çəksələr, Mən gedərəm ikimizin yerinə… Min əzabdır sənsiz keçən hər günüm, Unutmuşam yaxşı, yaman fərqini. Bu sevginin dağ əridən dərdini, Mən çəkərəm ikimizin yerinə… Gül deyirəm, gül qəlbinə dəyirəm, Mən səninçün Tanrı yazan şeirəm. Dodaqları inciməsin deyirəm, Mən öpərəm ikimizin yerinə... Taleyimdə sən açılan gülümsən, Süzüb qara gözlərini gülümsə. Bu sevginin sonu əgər ölümsə, Mən ölərəm ikimizin yerinə...
Nüsret Kesemenli
Nüsret Kesemenli
·
64 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.